FAB: "HİLLFAN" yerli bazarda kefiyyətli borular hesab edilir

FAB Boya və Kimya Sənayesi MMC-nin yeni “Beyaz Alçı” zavodunun satış müdiri Polad Əlişovla olan müsahibə
-Polad bəy, 2017-ci ildə tikinti sektorunda baş verən proseslər “FAB Boya” şirkətinin fəaliyyətinə necə təsir göstərdi?
-2016-2017-ci illərdə nəinki Azərbaycanda, ölkəmizinin hüdudlarından kənarda belə qlobal iqtisadi problemlər, krizis müşahidə olundu. Buna baxmayaraq 2017-ci ildə “FAB Boya” olaraq öz fəaliyyətimizi uğurla davam etdirə bilmişik. Həm ölkə rəhbərinin iqtisadiyyatımıza, yerli sahibkarlara verdiyi dəstəyə görə, həm də “FAB Boya” şirkətinin rəhbərliyinin atdığı humanist addımlar nəticəsində 2017-ci ildə də uğurlarımız olub. 2016-2017-ci illərdə yeni fabrikimizin layihəsini hazırlamışdıq. Bu fabrik də artıq 2018-ci ildən fəaliyyətə başladı.
-"FAB Boya" istehsal etdiyi məhsulların çeşidini artırmağı planlaşdırırmı?
- Şirkətimiz ilk olaraq boya məhsulları istehsalına başlamış, bu kateqoriyadan su əsaslı, sintetik, sellülozik boya məhsulları və həllediciləri istehsal edib. Müəssisəmizdə 2006 –cı ildən Almaniya layihəsi əsasında müasir tələblərə cavab verən "Polimerlər" fabriki fəaliyyətə başlayıb. Bu istehsal sahəsində PVA əsaslı müxtəlif yapışdırıcılar, akrilik bağlayıcılar və s. məhsullar istehsal edilir. 2012 – ci ildə isə mövcud fabriklər sırasına tam avtomatlaşdırılmış və Avropanın qabaqcıl ölkələrinin istehsalı olan avadanlıqlarla təchiz olunmuş "FABKİM" Kafel və Metlax yapışdırıcları və "HİLLFAN" plastik məhsullar fabrikləri də əlavə olunub. Bundan əlavə, “FAB Boya” bir sıra xırdavat məhsulları, yəni slikon tapançası,açar altlıqları, avtomat qutuları, “oboy-şpaker”, boyaçı qabı və s. istehsal edir. "HİLLFAN" boru zavodunun istehsalı olan plastik su və kanalizasiya boruları artıq Azərbaycanda tam məşhurlaşıb. Bu borulara 50 il zəmanət verilir. Ona görə də yerli bazarda ən kefiyyətli borular hesab edilir və iki ildir ki, rəqabətə girə bilib.
-Plastik boruları yerli bazarda istehsal edən digər şirkətlər də var. “FAB Boya” rəqiblərindən nə ilə seçilir?
-Biz hər zaman kefiyyətimizlə öndəyik. Yəni, çalışırıq ki, istehsal etdiyimiz boyadan tutmuş yeni “Bəyaz Alçı” gipslərinə qədər bütün məhsullarda işimizi kefiyyət üzərində quraq.
- “FAB Boya”nın yeni fabrikinin fəaliyyəti nədən ibarətdir və hansı məhsullar istehsal edilir?
- 2018-ci ilin yanvar ayından yeni “Bəyaz alçı” fabrikindəkartonpiyer, gips və alçı məhsulları istehsalına başlanılıb. Eyni zamanda istehsal edilən məhsulların çeşidləri də artırılıb. Məsələn, üzlük, astar, dirək astar, gips məhsulları, pudra gipslər istehsal edilir. Önəmli məsələlərdən biri odur ki, yeni zavod üçün yerli xammaldan istifadə edilir. Xammal Goranboy rayonundan gətirilir. Yəni, “Bəyaz alçı” məhsulları tam yerli istehsaldır.
- İstehsal prosesindən əvvəl bazar araşdırması aparılır və tələbat həcmi müəyyənləşdirilir. Tikinti bazarında ötən illərin durğunluğundan sonra “FAB Boya”nın yeni istehsal həcmini qarşılamağa hazırdırmı?
- Biz araşdırma aparmışıq, alçı və gips məhsullarına tələbat yüksəkdir. Ölkəmizdə hazırda tikinti sahəsində böyük işlər gedir. Böyük layihələr icra edilir. Bundan əlavə, istehsal edilən məhsulları təkcə yerli bazara deyil, xarici bazar da çıxarmağı nəzərdə tutmuşuq. Artıq 3-cü həftədir ki, “Bəyaz alçı” məhsullarının satışlara başlanılıb və bazarda kifayət qədər tələbat var.
-Qeyri-neft sektorunun inkişafı baxımından yerli brendlər “Made in Azerbaijan” adı altında xarici bazarlara çıxmağa çalışırlar. “FAB Boya” xarici bazarlara çıxmaq üçün hansı işlər görür?
- Xaricdən idxal edilən məhsullardan aslı olmamaq üçün artıq ölkəmizdə istehsala üstünlük veririk. Təbii ki, istehsal etdiyimiz məhsulları da xarici bazara çıxarmağı düşünürük. Əvvəlcə, Qazaxıstana boyalarının satışını həyata keçirmişik. İndi isə bütün məhsulları xarici bazara çıxarmağı planlaşdırıq. Söhbət plastik borular, PVA əsaslı yapışdırıcılar, alçı, gips məhsullarından gedir. Bu istiqamətdə danışıqlar davam etdirilir. Yaxın gələcəkdə MDB ölkələrinə- Qazaxıstan, Özbəkistan, Rusiya bazarına, eyni zamanda Afrika ölkələrinə “FAB Boya” məhsullarını çıxaracağıq. Hazırda satışlarımızın təxminən 1% həcmi xarici bazarların payına düşür. Bu istiqamətdə də bazar payımızı artırmağı düşünürük.
-Ötən ilin sonundan etibarən bəzi yerli tikinti sektoru üzrə brendlər qiymətləri artırmağa başladılar. "FAB Boya"da qiymətlər necə tənzimlənir,artım oldumu?
- Azərbaycanda istehsal olunan tikinti materiallarının xammalının böyük hissəsi xaricdən gətirildiyi üçün bu, istər-istəməz qiymətlərə təsir edir. Xammalın xaricdən gətirilməsinin əsas səbəbi də Azərbaycanda xammalın olmamasıdır. Bununla belə, 2016-2017-ci illərdə belə çalışmışıq ki, xammalın valyuta ilə alınmasına baxmayaraq bu, qiymətlərimizə bir o qədər təsir etməsin. Belə ki, “FAB Boya”nın istehsal sahəsində istifadə etdiyi avadanlıqlar Almaniya, İtaliya və İngiltərədən gətirilən ən müasir texnoloji avadanlıqlardır. Bu avadanlıqlar istehsal həcmini daha yuxarı tutaraq xərcləri azaltmağa və ümumi xərclərimizi stabil saxlamağa imkan verir. Ötən ilin son aylarını nəzərə alsaq, “FAB Boya” məhsullarının qiymətində hər hansı artım olmayıb.
-2018-ci ildə FAB başqa hansı yenilikləri planlaşdırır?
Planlarımız əsasən ciddi şəkildə rəqabətə girib, eyni zamanda müştərilərimizin məmnuniyyətini qazanmaqla satışlarımızı artırmaqdır. Bizim bir amalımız var, o da hər zaman birinci olmaqdır. Bu kefiyyətdə də belə olmalıdır. Əsas odur ki, işimizi sevirik, yəni, hər şey pul qazanmaq üçün deyil. İstəyirik ki, boya deyəndə, müştərinin gözündə yalnız “FAB” canlansın və yaxud bir yer ağaracaqsa, bu “bəyaz alçı” olmalıdır.
© Fins
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
-
6 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
8 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
8 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
