Hər inəkdən 6 min kiloqramdan çox süd sağılıb - Azərbaycanda
Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südçülük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında olan inəklərin hər birindən 2016-cı ildə orta hesabla 6 min 631 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 2 min 85 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 18,2 kiloqram süd sağılıb ki, bu da orta rayon göstəricisindən 3 dəfəyə yaxın çoxdur.
Bu barədə MMC-nin məsul nümayəndəsi Elçin Yusifov məlumat verib.
Rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verən bu müəssisədə ötən il ümumilikdə 3 min 77 ton süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 645 ton çoxdur. Hazırda təsərrüfatda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1292 baş iri buynuzlu heyvan saxlanılır. Heyvanların sayı əvvəlki illə müqayisədə 132 baş artıb. Təsərrüfatda olan heyvanların 464 başı ana maldır. 2016-cı ildə müəssisədə hər 100 baş ana maldan 98 bala olmaqla, ümumilikdə 454 baş buzov doğulub.
Qeyd edək ki, 2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanması təmin olunur.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
7 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
7 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















