AFB Bank-ın Gəncə filialına kassir tələb olunur
AFB Bank "Gəncə filialının Əməliyyat bölməsinin kassiri" vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Əməliyyat bölməsinin kassiri
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 242
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibatlıq arzuolunandır);
- Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində nağd pulla intensiv işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
- Gün ərzində xəzinə üzrə mədaxil və məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı normativ aktlara, daxili qayda və prosedurlara riayət edilməsi;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən, o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil və məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin sayılıb balans məlumatları ilə uzlaşdırılaraq dövriyyə xəzinəsindən saxlanc(fond) xəzinəsinə yerləşdirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyat bölməsinin kassiri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix - 30 aprel 2018-ci il.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb



















.jpg)

.jpg)


