Uğurlu liderlərin 9 əsas xüsusiyyəti
Liderlik mütəxəssisləri deyirlər ki, uğurlu liderlərin bəzi ümumi xüsusiyyətləri var. Bu xüsusiyyətlər aşağıdakılardır:
1. İnam
İnam effektiv komanda işinin, uğurlu və məhsuldar bir şirkətin əsasını təşkil edir. Bir lider üçün ən vacib məsələ öz komandasına inanmaqdır. Buna görə də komandanıza daim nəzarət etmək əvəzinə, onlara etibar edin və bəzi şeyləri özlərinin öyrənməsinə şərait yaradın. Şirkətinizin saat kimi işləməsini istəyirsinizsə, komandanız güclü olmalıdır.
2. Motivasiya edici mühit yaratmaq
Motivasiyalı işçi həmişə daha səmərəli işləyir. Buna görə də, böyük liderlər adətən öz işçilərini motivasiya etməyə çalışırlar. Motivasiya mühitinin hazırlanması əməkdaşların ehtiyaclarına görə fərqlənir. Onları maaşlarını artıraraq, işlərini bitirdikdən sonra tez çıxmaqlarına icazə verərək motivasiya edə bilərsiniz.
3. Hədəfləri müəyyənləşdirmək
Lider komanda ilə onun işi arasında körpü rolunu oynayır. Buna görə də öz fəaliyyətinizə diqqət yetirməli və məqsədinizə çatmaq üçün addım-addım, ancaq əsas fəaliyyətdən uzaqlaşmadan irəliləməlisiniz. Onlara öhdəsindən gələ biləcəkləri vəzifələr verin. Bu yolla əməkdaşlarınızın sizin məqsəd və missiyanıza uyğun işləməsinə nail ola bilərsiniz.
4. Dəstək vermək, gücləndirmək
Komandanız nə qədər güclü olarsa, siz də o qədər güclü olarsınız. Bu səbəblə işçilərinizə dəstək verməli və onları istənilən çətin vəzifəyə hazırlamalısınız. Bu, yalnız komandanı gücləndirməklə qalmır, həm də daha mürəkkəb vəzifələrlə məşğul olmağa imkan verir. Beləliklə, komandanız hədəflərinizə daha motivasiyalı, intizamlı və qətiyyətli yanaşacaq.
5. Layihələri tamamlamaq
Heç kəs hər hansı bir layihəni tamamlamadan kənara atan rəhbərə inanmaz. Hətta pis lider belə məsuliyyətsiz liderdən daha yaxşıdır. Bu səhvi heç vaxt etməyin. Yararsız olacağını bildiyiniz layihələri belə başlamısınızsa tamamlayın. Bu, komandanıza necə məsuliyyətli və qətiyyətli bir lider olduğunuzu göstərəcək və sizə olan inamı artıracaq.
6. Diqqətlə dinləmək
Liderlərin onları dinləyən insanlara ehtiyacı var. Ancaq bunun üçün əvvəlcə siz özünüz digər insanları dinləməlisiniz. Komandanızın sizin əmrlərinizdən başqa bir çox şeyə - dəstəyə, köməyə, geri bildirişə ehtiyacı olduğunu unutmayın. Bunları təmin etmək üçün əsas məsələ işçilərinizi diqqətlə dinləmək və anlamaqdır.
7. Məqsəddən yayınmamaq
Hər hansı bir şirkət uzunmüddətli hədəflərinin öhdəsindən müvəffəqiyyətlə gəlməklə öz əməkdaşlarına motivasiya verə bilər. Eyni zamanda, həmin hədəflərə çatmaq üçün işçilərin dəstəyini alması mütləqdir. Beləliklə, nə qədər yaxşı bir lider olmağınızdan asılı olmayaraq, işçiləriniz sizinlə eyni məqsədə sahib deyillərsə, uğur qazana bilməzsiniz.
8. Komanda mühitini yaratmaq
Uğurlu liderlər təkcə işçilərlə ünsiyyət qurmaqla kifayətlənmirlər. Onlar, eyni zamanda, komanda daxilində güclü əlaqələrin mövcudluğunu təmin etmək üçün çalışırlar. Beləliklə, liderlər olmasa belə, komanda öz işini görməyə davam edir.
Əgər işçiləriniz arasında komanda ruhu yarada bilmirsinizsə, sizə davamlı hesabat verən insan topluluğundan kənara çıxa bilməzsiniz. Komanda işi vacibdir; bu sayədə işçiləriniz fərdi məqsədlər əvəzinə şirkətin məqsədlərinə xidmət edəcəklər.
9. Vəzifələrdən qabaq insanlara dəyər vermək
İnsanların hamısı eyni deyil. Buna görə də fərqli xarakterlərə malik insanlara fərqli yanaşmaq lazımdır. Hər hansı bir işi yerinə yetirmək istəyirsinizsə, ilk növbədə vəzifələrə fokuslanmayın. Diqqətinizi işi yerinə yetirəcək şəxsə və onu necə motivasiya etməyə cəmləyin.
Uğurlu komanda mühiti yaratmaq əslində asan bir iş deyil. Hər bir komandanın ümumilikdə 5 çatışmazlığı olur:
-İnamsızlıq;
-Mübahisə qorxusu;
-Məsuliyyətsizlik;
-Tələbkar olmamaq;
-Nəticələrə biganə yanaşmaq.
Bu maneələri dəf edən lider uğurlu komandaya sahib olacaq. Komandalarla işləmək və liderlik xüsusiyyətlərinə daha yaxşı bələd olmaq üçün “Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi” kitabını mütləq oxumalısınız.
Sizə daima sizi uğura aparacaq komanda ilə çalışmağınızı arzulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
5 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
5 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir





















.jpg)



