Dollarda zəifləmə "Mnuchin" ilə davam edir
ABŞ Dolları, bir əvvəlki seansda üç ilin yeni ən aşağı səviyyəsinə düşməsinin ardından Cümə axşamı günkü əməliyyatlarda daha da zəifləyib.
"Marja" xəbər verir ki, ABŞ-ın xəzinə naziri Steven Mnuchin, Dünya İqtisadi Forumunun təşkil etdiyi Davos Zirvəsində "Zəif dollar xarici ticarət üçün müsbətdir" açıqlamasını verib. Bu açıqlama dollarda satışları təkan verib.
Mnuchin-in açıqlaması, dolların altı böyük valyuta qarşısındakı vəziyyətini göstərən Dollar İndeksini 2014-ci ilin Dekabr ayından bu yana ən aşağı səviyyəsinə düşməsinə səbəb olub. İndeks, Cümə axşamı günü də 0.35 faiz düşərək 88.90 səviyyəsinə enib. Ümumiyyətlə İndeks, Yanvar ayı ərzində 3.5 faiz geriləyib.
Bakı vaxtı ilə saat 10:20-yə olan məlumata görə, Yen, dollar qarşısında 0.4 faiz güclənib və məzənnə 108,82 səviyyəsinə enib. Yaponiya valyutası, dollar qarşısında bir əvvəlki seansda 1 faiz dəyər qazanmışdı. Funt-sterlinq, dollarlda zəifləmə ilə Brexit səsverməsindən bu yana ilk dəfə 1.43 səviyyəsinin üzərində ticarət olunur. Funt-sterlinq 0,52% bahalaşıb və məzənnə 1.4314 dollar olub.
Avro, dollar qarşısındakı yuxarı istiqamətli tendensiyasını davam etdirir və Avropa Mərkəzi Bankının bugünkü qərarları ərəfəsində üç ilin ən yüksək səviyyəsi olan 1.2453 səviyyəsindən əməliyyat olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 9 d. əvvəl
-
-
14 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
23 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 44 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Ən çox oxunanlar
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb


















.jpg)

