Azərbaycan ailələri yeni brendlərini yaradıblar
Ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək, regional inkişafa töhfə vermək məqsədilə icra olunan sosialyönümlü layihələr arasında “Ailə Biznesinə Asan Dəstək” - “ABAD” layihəsinin xüsusi yeri var.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ABAD” ilkin mərhələdə pilot layihə olaraq Masallı rayonunda fəaliyyətə başlayıb. 2016-cı ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanmış Korporativ Əməkdaşlıq Sazişinə əsasən, ikinci pilot region kimi Balakən rayonu seçilib.
2 saylı Balakən regional “ABAD Mərkəzi”nin direktoru Amil Musayev müsahibəsində ötən müddətdə görülən işlər barədə məlumat verib.
Balakəndə 12 ailə monoblok-konteynerlərlə təmin olunub
- Amil müəllim, “ABAD” Balakən rayonunda fəaliyyətini hansı istiqamətlər üzrə qurub?
- Publik hüquqi şəxs olan “ABAD”ın əsas vəzifəsi sosial-iqtisadi inkişafda vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.
Balakən rayonundakı fəaliyyətimiz əsasən cem, mürəbbə, pendir, kolbasa məhsulları istehsalı və sənətkarlıq sahələri ilə bağlıdır. İstehsal sahəsində ilkin mərhələdə “ABAD”la əməkdaşlıq edən 12 ailə müəyyənləşdirilib və onlara zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteynerlər təqdim olunub. Ailələrə təqdim edilən istehsal avadanlığının 9-u cem-mürəbbə, 2-si süd, 1-i isə ət məhsullarının emalı üçün nəzərdə tutulub. Daha sonra layihənin mütəxəssisləri tərəfindən həmin ailə təsərrüfatlarına istehsal avadanlığından istifadə qaydaları, həmçinin gigiyena və əməyin təhlükəsizliyi ilə bağlı təlimlər keçirilib. Ailələr istehsal avadanlığı ilə yanaşı, məhsulların satışı üçün lazım olan şüşə qablar, etiketlər və digər zəruri detallarla da təmin edilib. Balakən “ABAD”çıları üçün “Balməkan”, “Yay səbəti”, “Dənə-dənə”, “Bağımızın bəhrəsi”, “4 fəsil”, “Bağ gözəli”, “Meyvə bağı”, “Budaqdan” cem və mürəbbə, “Hənifə” camış pendiri və “Bizim nemət” kolbasa brendləri yaradılıb.
- “ABAD”ın regional mərkəzi ailə təsərrüfatlarına nə kimi xidmətlər göstərir?
- “ABAD” regional mərkəzlər vasitəsilə ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, istehsalatda müasir texnoloji istehsal avadanlığından istifadə, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, istehsal olunan məhsulun daşınmasının və satışının təşkili kimi xidmətlər göstərir. Ailə təsərrüfatlarının məhsullarına “vahid pəncərə” prinsipi əsasında gigiyenik və uyğunluq sertifikatları alınıb. Layihənin mütəxəssisləri ailələrə bazaryönümlü qablaşdırma həlləri və məhsulların dizaynı ilə bağlı kömək göstərir, supermarket şəbəkəsində ailə məhsullarının satışını, habelə onların daşınması və saxlanmasını idarə edirlər.
Satışdan daxil olan vəsait “ABAD”çıların bank hesablarına köçürülür
- Təbii ki, “ABAD”çı ailələr istehsal etdikləri məhsulların satışında daha çox maraqlıdırlar. Bu iş necə təşkil olunur?
- “ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və bütün zəruri yoxlamalardan keçərək, müvafiq sertifikatlarla işarələnib. Müasir tələblərə cavab verən dizayna və brend adına, uyğunluq və gigiyenik sertifikatlara malik olması məhsulların satışını daha da asanlaşdırıb. Alıcılara təqdim olunan hər bir məhsulun üzərində onun “ABAD”ın himayəsi altında istehsal olunduğunu göstərən məlumat yerləşdirilib. Hazırladıqları məhsulların özlərinə məxsus brend altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir.
Qeyd edim ki, Balakən “ABAD”çılarının istehsal etdiyi məhsullar 2017-ci ilin sentyabr ayından etibarən “Bravo” supermarketlər şəbəkəsində və “ABAD”ın sərgi-satış mərkəzlərində satışa çıxarılıb. İndiyədək Bakı şəhərinə satış üçün 5 min bankadan çox cem və mürəbbə məhsulları göndərilib. Satışdan daxil olan vəsait “ABAD”la istehsalçı arasında bağlanmış müqaviləyə əsasən, “ABAD”çıların bank hesablarına köçürülür.
Bundan başqa, pendir və kolbasa istehsalı ilə məşğul olacaq “ABAD”çılara da istehsal prosesi öyrədilib, zəruri sertifikatlar alınıb və konteynerlər məhsul istehsalı üçün hazır vəziyyətə gətirilib. Yaxın vaxtlarda həmin konteynerlərdə də məhsul istehsalına başlanılacaq.
“ABAD”, eyni zamanda, dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələri də dəstəkləyir. Balakən rayonunda sənətkarlıq fəaliyyəti ilə məşğul olan 8 vətəndaşla müqavilə imzalanıb və onların əl işlərinin “ABAD”ın sərgi-satış mərkəzlərində satışı təmin edilib. Oymaçılıqla məşğul olan 2 sənətkara qurum tərəfindən ağacoyma dəzgahları verilib. “ABAD”la əməkdaşlıq edən sənətkarların sayının daha da artırılması üçün Balakən regional “ABAD Mərkəzi” tərəfindən Balakən və qonşu rayonlarda sənətkarlarla görüşlər keçirilir, təlimlər təşkil edilir.
Balakən “ABAD Mərkəzi” BMT-nin İnkişaf Proqramı ilə birlikdə regionda daha çox ailənin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaq
- BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq əsasında “Balakən regional “ABAD Mərkəzi” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək” layihəsi həyata keçiriləcək. Bu layihənin üstünlüyü nədən ibarətdir?
- Sözügedən layihə üzrə 2017-ci il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında əməkdaşlıq sənədi imzalanıb. Layihə çərçivəsində üç il ərzində, yəni 2020-ci ilədək “ABAD” mərkəzləri vasitəsilə Şəki-Zaqatala iqtisadi regionunda ailə təsərrüfatlarına dəstək göstəriləcək. Bununla da həmin insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevriləcəklər. Layihədə iştirak edən ailələrin brendləri yaradılacaq, istehsal olunacaq məhsullar satışa çıxarılacaq. Layihə Şəki-Zaqatala iqtisadi zonasında əhalinin məşğulluq səviyyəsinin artırılmasına, iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək, bu regionda daha çox ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaq.
- Müsahibə üçün çox sağ olun.
© Azərtac
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)









