Palatanın müraciətilə iri istehsal şirkəti cəzalandırıldı
Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələtdirib.
Buna səbəb MMC-nin valyuta tənzimi qaydalarını pozması göstərilib.
Palata şirkətin cərimələnməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Nəticədə şirkətlər qrupu inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin (66000 Avro x 20%=13.200 Avro x 2,0116=26.553,12) 20 faizi həcmində - 26 min 553 manatlıq cərimə edilib.
Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları, stabilizatorlar vә s. mәhsullar istehsal edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























