"Neftin bahalaşması SOCAR-ın gəlirlərinə müsbət təsir göstərib"
"SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını stabilləşdirmişdir. İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur".
SOCAR-ın yayığı məlumata görə, bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olmuşdur.
Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilmişdir. 2017-ci ildə SOCAR üzrə hasilat 7,4 milyon ton neft, 6,1 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişmişdir. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunmuşdur.
Məlumatd deyili ki, SOCAR üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 milyon ton təşkil etmişdir. Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 milyon ton neft emalı və neft-kimya məhsulu ixrac edilmişdir. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür.
"SOCAR üzrə perspektivli neft-qaz sahələrinin və yataqların mövcud potensialı növbəti illərdə neft hasilatının stabil saxlanılmasına və qaz hasilatının artımına şərait yaradır. Hazırkı mərhələdə əvvəldən istismar olunan köhnə yataqlarda hasilatın azalmasının qarşısını almaq məqsədilə aparılan tədbirlər nəticəsində SOCAR üzrə hasilat, davamlı olaraq, dünya neft bazarının tənzimlənməsi üçün zəruri olan və digər hasilatçılarla razılaşdırılmış çərçivələrdə həyata keçirilir, yataqların neftvermə əmsalından tam yararlanmağa nail olunur. Hasilatın sabitləşdirilməsi üçün yeni quyuların qazılması ilə yanaşı köhnə quyular da bərpa olunaraq, istismar fonduna daxil edilir, neftvermə əmsalının stabilliyi saxlanılır, fəaliyyətsiz quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər vasitəsilə istismarın bərpa olunması layihələri həyata keçirilir. Ləğv edilmiş quyuların bir çoxunda qalıq neft səmərəli texnologiyaların tətbiqi yolu ilə çıxarılır",- məlumatda deyilir.
Məlumatda bildirilir ki, SOCAR mütəxəssisləri köhnə yataqlarda sadalanan üsulları tətbiq etməklə, ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olmuşlar. Belə ki, ötən il Azneft İstehsalat Birliyi üzrə “Abşeronneft” NQÇİ və “Bibiheybətneft” NQÇİ neft hasilatını əvvəlki ilə nisbətən müvafiq surətdə 8,7% və 1,9% artırmışdır. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan “Neft Daşları” NQÇİ-də 2017-ci ildə 1 milyon ton neft hasil olunmuşdur ki, bu da son onilliklər üçün rekord göstəricidir.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov yataqlarda hasilatın artımına təsir edən amilləri belə izah edir: “Yalnız Abşeron NQÇİ-yə aid olan yataqları götürsək, orada son illərdə ümumi hasilat 2,5 dəfədən çox artmışdır. Üstəlik, bu uğurları aşağı maddi məsrəflərlə əldə edə bilmişik. Belə ki, bu gün “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatlarımızın səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir.”
Neft ixracının müsbət dinamikası SOCAR üzrə neft və qaz ticarət əməliyyatlarının həcminin artması ilə bağlıdır. Bununla yanaşı, dünya bazarında Azərbaycan neftinə olan tələbat keçən ildə də yüksək olmuşdur. SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir:
“SOCAR Azərbaycan neftini dünya bazarlarında ən keyfiyyətli neft növlərindən biri sayılan “Azeri Light” brendi altında təqdim edir. “Azeri Light” neftinin məhz müstəqil brend kimi bazara çıxarılması milli sərvətimizin dəyərini artırmışdır.”
SOCAR qeyd edib ki, dünya bazarında neftin qiymətinin stabilləşdirilməsi üçün OPEC+ ölkələri tərəfindən hasilatın azaldılması ilə bağlı sazişin vaxtı 2018-ci ilin sonuna kimi uzadılmışdır. Azərbaycan həmin çərçivədə hasilatın məhdudlaşdırılması ilə bağlı götürdüyü öhdəlikləri tam yerinə yetirir. Hasilatın cüzi məhdudlaşdırılması müqabilində neftin qiymətinin yüksəlməsi SOCAR-ın gəlirlərinə müsbət təsir göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
18 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
34 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı






.jpg)













.jpg)


