SOCAR Türkiyədə yeni neft-kimya kompleksi yaradacaq
SOCAR 2021-c ilə qədər Türkiyədə layihələrin rellaşdırılmasına 7 mlrd.dollara yaxın sərmayə yatıracaq
SOCAR-ın Türkiyədə layihələrin reallaşdırılmasına ümumi sərmayələri 12,6 mlrd. dollar təşkil edib. Bunu SOCAR Turkiye Enerji şirkətinin rəhbəri Zaur Qəhrəmanov Türkiyənin "Capital" nəşrinə müsahibəsində deyib.
“2008-ci ildə Türkiyə bazarına daxil olduq. Bu ölkənin iqtisadiyyatına sərmayə portfelimiz 19,5 mlrd.dollar həcmində qiymətləndirilir. Bu vəsait 2021-ci ilə qədər yatırılacaq. İndiyədək SOCAR-ın Türkiyə iqtisadiyyatına sərmayələri 12,6 mlrd. dollar təşkil edib. Vəsaitin qalan həcmi 2018, 2019 və 2020-ci illərdə yatırılacaq”, - Z.Qəhrəmanov bildirib.
O vurğulayıb ki, dünyanın 13 ölkəsində fəaliyyət göstərən SOCAR-ın xarici sərmayələrinin ən çox həcmi Türkiyənin payına düşüb. Bununla bərabər, ARDNŞ və Azərbaycanın digər şirkətlərinin Türkiyəyə sərmayələri bu ölkənin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların 51%-ni təşkil edir.
“Türkiyənin neft-kimya sektorunda yeni layihələrin reallaşdırılmasına dair niyyətimiz qalmaqdadır. Bu sahədə şirkətimiz üçün böyük perspektivlər və potensial mövcuddur, Türkiyə hökumətinin dəstəyi hiss olunur. Söhbət yeni neft-kimya kompleksinin yaradılmasından gedir. Bununla əlaqədar, ilkin injinirinq hesablamaları artıq başa çatıb, ətraflı layihələndirmə mərhələsinə keçirik, bu da zaman tələb edəcək”, - Z.Qəhrəmanov vurğulayıb.
Onun sözlərinə görə, həmçinin SOCAR Turkiye Enerji digər şirkətlərlə tərəfdaşlıqda Aliağa adasının enerji sektoruna vəsait yatırmağı planlaşdırır.
“Layihə enerji infrastrukturuna müəyyən vəsaitin yatırılmasını nəzərdə tutur və injinirinq mərhələsindədir”, - Z.Qəhrəmanov əlavə edib.
O həmçinin məlumat verib ki, 2009-2012-ci illərdə yalnız Petkim neft-kimya kompleksinin inkişafına 760 mln. dollar yatırılıb.
“Sonra hər il Petkim-in inkişafına 100 mln. dollar yatırılıb. Türkiyənin neft-kimya bazarında Petkim-in payı 17% təşkil edir. Yeni sərmayələr hesabına biz bu rəqəmi 40-60%-ə çatdıracağıq”, - Z.Qəhrəmanov qeyd edib.
© İnteraks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 9 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
Ən çox oxunanlar
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı


























