"50 manata təkər satırlar, 7 dollar artıq pul ödəmək istəmirlər"
Nə üçün işlənmiş təkərlərə gömrük rüsumu artırılıb?
"Nazirlər Kabineti işlənmiş təkərlərə gömrük rüsmlarının artrılması barədə qərarını ekspertlərin rəyi əsasında verib. Məqsəd insanların təhlükəsizliyi məqsədilə yeni təkərlərdən istifadəni təşviq etməkdir".
"Marja" xəbər verir ki, bunu "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilmiş mətbuat konfransında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.
"Özümüzün və uşaqlarımızın gələcəyi üçün nişlənmiş təkərlərin avtomobillərdə istifadəsinin nə qədər təhlükəli olduğunu nəzərə alaraq hökumət bu qərarı verib.
Sahibkarların narazılıq edirlər. Çox maraqlıdır ki, qərar ötən ilin noyabr ayının 17-si çıxarılıb. Bu günədək olan dövrdə etirazları olmadığı halda, mal gətirilib rəsmiləşdirilən zaman şikayətlənirlər.
Gömrük rüsumlarının qaldırılmasında məqsəd budur ki, ölkəyə daha çox yeni təkərlər gətirilsin, işlənmiş təkərlərin də gətirilməsi və ondan istifadə yavaş-yavaş azalsın.Yenə də gətirilən işlənmiş təkərlər rəsmiləşdirilir, lakin yeni rüsumlar nəzərə alınmaqla. Hökumətin qərarı var, biz də qəbul olunmuş qərarı icra etməliyik".
"İCTİMAİ ASAYİŞİ POZURLAR"
Mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, etiraz aksiyalarına toplaşan 150-200 nəfər bir qrup şəxslər tərəfindən idarə olunur:
"Bu şəxsləri Nazirlər Kabinetinin və Komitənin qarşısına yığıb gətirirlər. İlin əvvəlindən bəri 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edənlərin sayı ilə, idxalçıların sayı uyğun gəlmir. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı.
Onlar bildirirlər ki, 3-6 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər. Gəlin Azərbaycanda işlənmiş təkər bazarına baxaq. İşlənmiş təkəri 50 manata satırlar. Yaxşı sən 3 avroya aldığın təkəri 50 manata satırsansa, niyə 7 dollar artıq pul ödəyə bilmirsən?!
Mən hesab edirəm ki, bir neçə fiziki şəxs insanları toplayaraq ictimai asayişi pozurlar. Baxmayaraq onları dəfələrlə qəbul etmişik və izahlar vermişik.
Nazirlər Kabinet rüsumu qaldırmaqda haqlıdır. Azərbaycan Bazel konvesiyasına qoşulub. Hökumət ekoloji tələblərə cavab verməyən məhsulların dövriyyəsini məhdudlaşdıra bilər".
Qeyd edək ki, Azərbaycan ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb.
Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda mətbuat konfransının videosu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
-
11 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
44 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub






















