Vətəndaş valyutanı ucuz satıb, baha alır - VƏZİYYƏT DƏYİŞƏ BİLƏR
İki il əvvəl fəaliyyətləri dayandırılan valyutadəyişmə məntəqələri yenidən işə başlayacaq. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiqlənib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, məntəqələrin fəaliyyətə başlamasının bir neçə müsbət tərəfi var:
“Bu, ilk növbədə valyuta bazarında rəqabətin güclənməsinə imkan verəcək. Çünki bu məntəqələrin fəaliyyətə başlaması ilə valyuta dəyişmək imkanı daha çox qurum tərəfindən təklif ediləcək. Bu da nəticədə valyutanın alış və satış qiymətləri arasındakı fərqi kiçiltməyə imkan verəcək. Çünki bir sıra bank şöbələrində valyutanın alış-satış qiyməti arasında fərq böyükdür. Nəticədə vətəndaş valyutanı daha ucuz qiymətə satır, baha qiymətə alır. Bundan sonra isə vətəndaş daha uyğun qiymətlə valyuta alıb-satacaq. Məntəqələrin fəaliyyəti alış və satış imkanlarını da asanlaşdıracaq. Çünki bir sıra bankların bayram, şənbə və bazar günlərində işləməməsi valyuta dəyişdirilməsində çətinlik yaradırdı. Valyutadəyişmə məntəqələrinin qeyd etdiyimiz günlərdə də fəaliyyət göstərməsi bu problemi aradan qaldıracaq. Bu yerli sakinlərlə yanaşı, turistlərin yaşadığı çətinliyə son qoyacaq”.
Ekspert hesab edir ki, məntəqələrin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi baxımda da vacibdir:
“Çünki bu məntəqələrin fəaliyyətə başlaması, həm də yeni iş yerlərinin yaranması deməkdir. Nəzərə alaq ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayanması təxminən 6 minə yaxın iş yerinin bağlanmasına səbəb olmuşdu. Yeni məntəqələrin fəaliyyətə başlaması iş yerlərin bərpa edilməsi deməkdir. Bu məntəqələrin fəaliyyəti ilə bağlı müəyyən edilən tələbləri də normal hesab etmək olar. 10 mindən artıq valyuta dəyişən zaman şəxsiyyət vəsiqəsinin tələbi, prosesin kamera ilə çəkilməsi və ən azı 3 ay saxlanması, sənədlərin elektron bazada 3 il saxlanması şərtlərini müsbət addımlar hesab edə bilərik. Lakin biz həm manat, həm də dollarda depozit şərtlərinin yüngülləşdirilməsinin tərəfdarıyıq. Digər şərtlər məqbul olsa da, yalnız depozit şərtlərinə yenidən baxıb, məbləği azaltmaq olardı”.
Valyuta dəyişmə mənqətələrin fəaliyyətə başlamasının bazarda xaos yaradacağı ilə bağlı fikirlərə münasibət bildirən ekspert, bu iddialarla razılaşmadığını deyib: “Qara bazar”ın valyutadəyişmə məntəqləri ləğv ediləndən sonra yarandığını unutmamalıyıq. Valyutadəyişmə məntəqələrini “qara bazar”la əlaqələndirmək doğru olmazdı. Valyutadəyişmə məntəqələri mövcud olduğu vaxtda “qara bazar”ın fəaliyyəti çox məhdud idi, çünki vətəndaş istədiyi valyutanı bu məntəqələrdə dəyişə bilirdi. Düşünmürəm ki, valyutadəyişmə məntəqələri “qara bazar” və ya dollara süni tələb formalaşdırsın. Bu məntəqələr rəqabəti dəstəklədiyi üçün onların fəaliyyətə başlaması daha məqbuldur”.
Qeyd edək ki, yeni qaydalara əsasən, bu məntəqələrdə valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz. Valyuta mübadiləsi məntəqəsinin iş rejimi valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırmaqla müəyyən olunacaq. Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilməlidir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açıla bilər. Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadrat metr sahəyə malik olmalıdır.
Valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 ABŞ dolları ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.
Yeni qaydalara görə, əməliyyat günü ərzində xarici valyuta və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, valyuta mübadiləsi məntəqəsində yalnız alış və ya yalnız satış əməliyyatlarından birinin tək formada aparılmasına yol verilə bilməz.
© Publika.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
2 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
Ən çox oxunanlar
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
Bakıdaki ilk inklüziv “Kashalata” kafesi fəaliyyətini davam etdirir!
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA









.jpg)

.jpg)





.jpg)


