“Mətanət A” şirkətində vakansiyalar!
1. Səyyar təchizatçı
İşin təsviri:
-Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
-Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
-Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı
- Razılaşma yolu ilə
Tələblər:
-Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə, elektrik və elektronik malların və onların ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
-Ali təhsil;
-Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı
-Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
-Kompyüter biliyi;
-Xarici və daxili ezamiyyətlərə getmə imkanı.
-Şəxsi avtomobilin olması
Qeyd
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
- CV-ləri [email protected] ünvanına göndərin.
2. İstehsal avadanlıqları üzrə mexanik
İşin təsviri:
-Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
-Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
-İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
-Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
-Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
-Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
-Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
-Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq
Əmək haqqı:
Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali
-Yaş həddi: 35-50
-Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı
-Dillər: Rus biliyi arzu olunandır
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabiliyətli;
-Ünsiyyət yaratmaq bacarıqlı;
-Fəal olması;
-İşə planlı yanaşması.
Qeyd
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin
3. Sex Rəisi
İşin təsviri:
-Sex işçilərinə rəhbərlik edir;
-Verilən tapşırıqlara əsasən iş bölgüsünü təşkil edir;
-Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
-Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik xidmətinə nəzarət;
-İşçilərə əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikasına riayət etmələrinə nəzarət;
-Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmalı;
-Məhsulun istehsalı və qablaşmasına daim ciddi nəzarət etməli;
-Seçilmiş işçilərin mükafatlandırılması üzrə təkliflər vermək, istehsal və əmək intizamını pozanlara qarşı intizam tənbehi vermək.
Əmək haqqı:
-Razılaşma yolu ilə
Tələblər:
-Təhsil: Ali (bakalavr);
-Yaş həddi: 30-50;
-Kompüter biliyi: MS Office (Word, Excel);1C;
-Dillər: Azərbaycan dili;
-İstehsalat sahəsində ən azından 5 il iş təcrübəsi.
Şəxsi keyfiyyətləri:
-Fikrini izah etmək qabliyyəti;
-Ünsiyyət yaratmaq bacarığı;
-İşə planlı yanaşması;
-Fəal olması;
-Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
5 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 6 saat əvvəl
- 20 saat əvvəl
-
23 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 23 saat əvvəl
-
23 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
23 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub



















.jpg)
.jpg)


