Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
Bu gün Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
Sessiyada Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb.
Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 73 milyon 400 min manat, xərcləri 355 min 300 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 281 milyon 900 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 50 milyon 85 min manat, yerli gəlirləri 23 milyon 315 min manat və mərkəzləşdirilmiş xərcləri 330 min 169 min manat, yerli xərcləri 25 milyon 131 min manat) məbləğində təsdiq edilib.
Eyni zamanda sessiyada Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcələri təsdiqlənib. İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri 2 milyon 61 min 200 manat, xərcləri 2 milyon 61 min 200 manat, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin gəlirləri 53 milyon 380 min manat, xərcləri 141 milyon 400 min manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 88 milyon 20 min manat məbləğindədir.
© APA
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
6 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
-
14 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 49 d. əvvəl
-
58 d. əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Ən çox oxunanlar
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
























