"Yapı Kredi"də vəzifə dəyişikliyi
Türkiyənin maliyyə şirkəti "Yapı Kredi"nin Müşahidə Şurası, 2009-cu ilin May ayından etibarən "Yapı Kredi"nin Baş direktoru və İdarə Heyətinin sədri vəzifəsini tutan cənab Faik Açıkalının 29 Dekabr 2017 tarixindən təqaüdə ayrılacağını və 15 Yanvar 2018-ci il tarixindən etibarən "Yapı Kredi"nin Baş direktoru, İdarə Heyətinin sədri vəzəfisini cənab Gökhan Ürünün davam etdirəcəyini açıqlayıb.
Bu barədə "Marja"ya "Yapı Kredi Bank Azərbaycan"dan bildirilib.
Cənab Gökhan Ürün-ün Yapı Kredi İdarə Heyətinin sədri olaraq təyin edilməsi ilə bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq və təsdiq alındıqdan sonra öz vəzifəsini icra edəcəkdir. Buna qədər isə müvəqqəti olaraq qeyd edilən vəzifəni Cənab Nicollo Ubertalli icra edəcəkdir.
"Koç Holding"in Müşahidə Şurasının Sədrinin müavini, "Yapı Kredi" Müşahidə Şurasının sədri cənab Ali Y. Koç vəzifə dəyişikliyi ilə bağlı etdiyi açıqlamasında uzun illərdir "Yapı Kredi"də uğurlu çalışmaları və liderliyi üçün Cənab Faik Açıkalına təşəkkür etdiyini bildirib:
“Yapı Kredi son illərdə güclü maliyyə performansından əlavə, xüsusilə rəqəmsal bankçılıq istiqamətində ciddi sərmayələr etdi və həyata keçirdiyi yenilikçi çalışmaları ilə rəqəmsal bankçılığa istiqamət verdi. Faik bəyə 2009-cu ildən bu günə kimi bankımıza göstərdiyi xidmətləri və töhfələri üçün təşəkkür edirəm. Faik Açıkalının yerinə təyin edilən Gökhan Ürün də bankçılıq sektorunda uzun illərə dayanan təcrübəsi ilə bankımızı daha da böyük uğurlara daşıyacağına və ölkə iqtisadiyyatına töhfələr verəcəyinə ürəkdən inanıram.”
Cəab Gökhan Ürün İstanbul Texniki Universitetinin Elektronik və Xəbərləşmə Fakultəsində bakalavr dərəcəsini aldıqdan sonra Yeditəpə Universitetində İqtisadiyyat üzrə Magistr pilləsindən məzun olmuşdur. 1994-cü ildə Türkiyənin Garanti Bankında Xəzinə departamentində iş həyatına başlamış və 1994-2000 ci illər arasında Korpoativ Marketinq Bölməsinin rəhbəri təyin olunmuşdur. 2004-cü ildə “Garanti Emeklilik ve Hayat” A.Ş-də İdarə Heyətinin Sədri vəzifəsini icra etmiş və 1 Sentyabr 2005-ci ildən etibarən Garanti Bankının İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra etmişdir. 2 Sentyabr 2015-ci ildən etibarən Garanti Bankının İdarə Heyətinin Sədrinin müavini vəzifəsilə bərabər, eyni zamanda Garanti Bank İnternational N.V-də Müşahidə Şurasının Sədri, “Garantı Yatırım ve Menkul Kıymetler A.Ş”-də Müşahidə Şurası Sədrinin Müavini və Garant Bank Rumuniya SA-da Müşahidə şurasının üzvü olmuşdur.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildən fəaliyyət göstərir. Bank "Yapı Kredi"nin törəməsidir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
18 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
-
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
7 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Qızıl kreditini bu banka gətirənlərə endirim var
AccessBank QSC taksi xidməti tenderi elan edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
























