Azər Türk Bank “Möcüzə var” xeyriyyə aksiyasına dəstək verdi
Dövlət bankı Azər Türk Bank, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda “Möcüzə var” adlı xeyriyyə aksiyası başlamışdır.
Təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər. Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, “Bravo” supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılmışdır.
Toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcəkdir.
Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bankın sponsor qismində çıxış etdiyi bu tədbir, həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
12 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
35 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 45 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























