Hyundai dünya şöhrətli muzey ilə tərəfdaşlıq sazişi imzalayıb
2016-cı ilin iyun ayında Hyundai Motor şirkəti Amsterdamın dünya şöhrətli Van Qoq muzeyi ilə 3 illik tərəfdaşlıq sazişi imzalamışdır.
Şirkət artıq Vinsent Van Qoqun “Badam çiçəyi” (“Almond Blossom”) adlı rəsm əsəri əsasında dizayn olunmuş IONIQ Hibrid markalı avtomobili muzeyə hədiyyə etmişdir. Bu artıq Hyundai-in Van Qoq muzeyinə bağışladığı ikinci belə avtomobildir. İlk IONIQ Elektrik avtomobilinin dizaynıdahi rəssamın “Günəbaxanlar” (“Sunflowers”) adlı rəsm əsəri əsasında hazırlanmış və 2016-cı ilin iyun ayında muzeyə verilmişdir.
Jochen Sengpiehl (Hundai Motor Avropanın marketinq üzrə vitse-prezidenti) deyib:
-Artıq illərdir ki, Hyundai Motor dünya üzrə incəsənətin ən böyük himayədarlarından biridir. Şirkət olaraq Hyundai Motor-un məqsədi təkcə gələcəyi mobilləşdirmək deyil, həm də incəsənəti hər kəs üçün əlçatan etməkdir. Van Qoq muzeyi ilə əməkdaşlıq bütün bu hədəfləri özündə ehtiva etməklə yanaşı, həm də tərəfdaşlıq istiqamətində atılmış mühüm bir addımdır.
Van Qoq muzeyi dünyada Vinsent Van Qoqun rəsm əsərlərindən ibarət ən böyük kolleksiyaya sahibdir. Hər il iki milyona yaxın insan bu muzeyi ziyarət edir. Onlar arasında koreyalılar üstünlük təşkil edir. Bu əməkdaşlıq çərçivəsində Hundai Motor həm də multimedia turların, muzeyin sxeminin və internet səhifəsinin Koreya dilinə tərcümə olunması işində muzeyə dəstək göstərmişdir. Əməkdaşlıqdan əldə olunmuş ilk uğurlar artıq göz qabağındadır. Belə ki, muzeyi ziyarət edən koreyalıların sayı 2014-cü ildə 8000 nəfər olduğu halda, ötən 9 ay ərzində bu rəqəm artaraq 30000 nəfər təşkil etmişdir.
Axel Rüger (Amsterdam Van Qoq muzeyinin direktoru) deyib:
-Bizi Hollandiyanın dünya şöhrətli rəssamı Vinsent Van Qoqun həyat və yaradıcılığına olan böyük maraq hissi birləşdirir. Bu bizim əməkdaşlığımızın məhək daşıdır. Tərəfdaşımız olan Hyundai Motor da Van Qoq muzeyi kimi ətraf mühit və davamlılığın qeydinə qalır. Təbiət dostu olan iki avtomobilə sahib olmaqdan böyük məmnunluq hissi duyuruq. Təkcə ona görə yox ki, Hyundai IONIQ avtomobilləri Vinsent Van Qoqun iki möhtəşəm rəsm əsərindən ilhamlanaraq hazırlanmışdır, həm də ona görə ki, bu avtomobillər uzunömürlü elektrik güc ötürücüsü ilə təchiz olunmuşdur.
Hyundai Motor hər zaman çalışmışdır ki, incəsənəti insanlar üçün əlçatan etsin. Məhz bu məqsədlə dünyanın bir çox muzeyləri, o cümlədən Londonun Müasir Teyt muzeyi, Los-Anceles İncəsənət muzeyi (LACMA) və Koreyada Seulun Müasir İncəsənət muzeyi ilə tərəfdaşlıq əlaqəsi yaratmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 39 d. əvvəl
-
- 54 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Ötən il Azərbaycanda iqtisadi sahədə 13 mindən çox cinayət hadisəsi qeydə alınıb
-
1 saat əvvəl
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
-
1 saat əvvəl
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
2 saat əvvəl
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
-
3 saat əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
10 000 dolları keçdikdən sonra vergi uçotuna alınmalıdırlar - Prezident dəyişikliyi təsdiqlədi
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti





















