Hadisə bir dəfə olur - Qayğıkeş ananın məsləhəti
Bir çoxumuz üçün səhər saatları və dəqiqələri günün ən çətin vaxtıdır. Çünki bu saatlar hər kəs həyəcanla işə tələsib, evdən çıxma hazırlıqlarını avtomatik edir. Bu şəxslər üçün AccessBank-ın “Qayğıkeş Ana”sından növbəti məsləhət: “A bala, evdən çıxanda işığı, suyu, qazı bağla!”Evdən çıxan zaman narahatlıq hissindən yaxa qurtarmaqüçün Qayğıkeş ananın 6 sadə məsləhətinə qulaq asın.
Etdiyinizi səsləndirin! İkinci Dünya Müharibəsi zamanı psixoloqlar Amerikalı təyyarəçilərə öz hərəkətlərini ucadan səsləndirməyi məsləhət görürdülər. Hər şey avtomatik olaraq yerinə yetirdikdə, nəyisə nəzərdən qaçırmaq riski böyükdür. Ona görə də işə hazırlaşarkən etməli olduğunuz hər şeyi ucadan səsləndirin: ütünü söndürdüm, işığı söndürdüm və s. Bu zaman siz bütün bunlara bir neçə saniyə sərf edəcək, əvəzində isə bütün gün ərzində rahatlıq qazanacaqsınız.
Oxuyun! Bu, istənilən melodiya və sözlər və ya sadəcə “lya-lya-lya” ola bilər. Səsinizin hansı dərəcədə yüksək olacağı isə sizin istəyinizdən və imkanlarınızdan asılıdır. Yeganə şərt zümzümə etdiyiniz melodiyaya konkret görülən işlər barədə sözlər daxil etməkdir. Məsələn: “Lya-lya-lya, qazı söndürdüm, lya-lya-lya, buraxılış vərəqəsini götürdüm” və s. Bu üsul yaddaşı gücləndirir.
Planlaşdırın! Taym-menecment və ya vaxtın idarə edilməsi indi çox məşhurdur. Səhər lazım olacaq hər şeyi axşamdan hazırlamağı vərdişə çevirin. Paltarları ütüləyin, ayaqqabınızı təmizləyin, təmiz dəsmal hazırlayın. Səhər digər çanta götürməyi planlaşdırırsınızsa buraxılış vərəqəsini, pul kisəsini, kosmetika çantasını həmin çantaya qoyun. Bunları etdikdən sonra səhər evdən çıxmadan öncə yalnız hər ehtimala qarşı bütün otaqlara bir dəfə nəzər salmaq qalacaq.
Stereotipləri qırın! Əgər siz ofisin və ya maşının açarlarını daim unudursunuzsa onları ayaqqabınıza qoymağı sınayın! Səhər ayaqqabılarınızı geyinərkən onları unutmaq şansı sıfıra enəcək. Giriş qapısının içəri tərəfində rəngli böyük qarmaqcıq quraşdıra və açarları ora asa bilərsiniz və ya soyuducunun qapısına xatırlatma kağızı yapışdırın.
Ehtiyatlı olun! Nəyisə unutmaq riskini maksimum dərəcədə aşağı salmağa çalışın. Əgər ütünü söndürməyi unutmaqdan qorxursuuzsa bütün paltarları axşamdan ütüləyin. Əgər sobanı söndürməmək qorxunuz varsa, sobaya taymer quraşdırın.
Tənbəllik etməyin! Evdən çıxmadan öncə öz səhvlərinizi tapmaq üçün bütün otaqlara nəzər salın. Bütün məişət elektrik cihazları, sobanı, işığı söndürüb-söndürmədiyinizi, açarı götürüb-götürmədiyinizi mütləq yoxlayın və yalnız bundan sonra qapını bağlayıb, rahat olmaq üçün onu bir-iki dəfə çəkərək yoxlayın. Bunları etdikdən sonra ürək rahatlığı ilə işə gedə bilərsiniz: siz heç bir şey unutmamısınız.
Evdən çıxmadan öncə ediləcək hərəkətlər:
• bütün otaqlarda - soba, çaydan, televizor, kompüter, paltaryuyan maşın, ütü, işıq və s. söndürdüyünüzü,
• pəncərələrin və balkon qapılarının bağladığınızı,
• suyun bağlı olduğunuzu,
• giriş qapısının bağlı olduğunuzu yoxlamaq.
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
-
12 d. əvvəl
Prezident İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü olub
-
- 31 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək"
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Ən çox oxunanlar
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib

















.jpg)



