
Açıq məkanda reklama görə ödənilcək haqqlar müəyyən olundu - MƏBLƏĞLƏR

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə "Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləğləri" təsdiq edilib.
"Marja"nın məlumatına görə, Açıq məkanda reklam yayımına görə haqq, yayımın müddəti, reklam daşıyıcısının növü, reklam yayımı zonası və reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərə alınmaqla, yayımlanan reklamın 1 kvadratmetri üçün müəyyən edilir.
Açıq məkanda reklam yayımına görə haqqın tutulması Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir.
Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir.
Açıq məkanda reklam yayımına görə haqqın müəyyən edilməsi məqsədilə ölkə ərazisi aşağıdakı reklam yayımı zonalarına bölünür:
- Bakı şəhəri üzrə A, B və C zonaları;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A, B və C zonaları;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi;
- digər şəhər (rayon), qəsəbə və kənd.
Göstərilən reklam yayımı zonaları əhalinin sıxlığı, nəqliyyatın intensivliyi, yaşayış və ticarət obyektlərinin, onları birləşdirən prospekt, küçə və meydanların sıxlığı, ətrafındakı ərazilərin təyinatı nəzərə alınmaqla müəyyən edilir.
Bakı şəhəri üzrə, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) reklam yayımı zonalarının bölgüsü Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla Agentlik tərəfindən həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Bakı şəhəri üzrə A zonasına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi isə Bakı şəhəri üzrə C zonasına aid edilir.
Dövlət Reklam Agentliyi müəyyən etdiyi reklam yayımı zonalarının xəritələrini öz internet səhifəsində yerləşdirməlidir.
Bakı şəhərinin zonaları daxilində reklamın effektivlik dərəcəsi tətbiq edilir. Reklamın yerləşdiyi yerdən, şəraitindən, ətrafından və auditoriyasının miqyasından asılı olaraq Agentlik (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) tərəfindən reklamın effektivlik dərəcəsinin 1, 2 və 3 kateqoriyaları müəyyən edilir.
Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası
Açıq məkanda reklam yayımına görə haqq hər ay reklamın 1 kvadratmetri üçün reklam daşıyıcısının növləri üzrə aşağıdakı məbləğdə hesablanır:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü | Reklam yayımına görə haqq (manatla, ƏDV-siz) |
3.1.1. | Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) | 17,0 |
3.1.2. | Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) | 12,0 |
3.1.3. | Təsvirin dinamik dəyişdiyi daşıyıcılar: |
|
1. | roller | 10,0 |
2. | prizmatron və s. | 6,0 |
3.1.4. | Hərəkətsiz daşıyıcılar: |
|
1. | transparant | 7,0 |
2. | ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) | 6,0 |
3. | bilbord, meqabord | 5,0 |
4. | kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (3.1.4-cü yarımbəndin 1–3-cü abzaslarında nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) | 2.5 |
Yuxarıda nəzərdə tutulmuş məbləğ, reklam yayımı zonalarından, Bakı şəhəri üzrə isə həmçinin reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq aşağıdakı əmsallara vurulur:
-Bakı şəhəri üzrə:
Zona | Kateqoriya | Əmsal |
A | 1 | 5 |
2 | 4 | |
3 | 3,4 | |
B | 1 | 2,9 |
2 | 2,5 | |
3 | 2,1 | |
C | 1 | 1,8 |
2 | 1,5 | |
3 | 1,3 |
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə:
Zona | Əmsal |
A | 1 |
B | 0,8 |
C | 0,6 |
-Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə əmsal - 0,6;
-digər şəhər (rayon), qəsəbə və kənd üzrə əmsal - 0,5.
Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə haqq onun ümumi ölçüsünə uyğun ödənilir.
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilib:
Sıra nömrəsi |
Reklam daşıyıcısının növü |
İcazənin müddəti | Dövlət rüsumunun məbləği (manatla) |
1.1. | Fərdi layihələr əsasında hazırlanmış reklam qurğuları (hava şarları, dirijabllar, aerostatlar və s.) | 1 il | 100,0 |
1.2. | Elektron (rəqəmsal) daşıyıcılar (monitor, ekran, tablo və s.) | 1 il | 50,0 |
1.3. | Təsvirin dinamik dəyişdiyi daşıyıcılar: |
|
|
1.3.1. | roller | 1 il | 40,0 |
1.3.2. | prizmatron və s. | 1 il | 17,0 |
1.4. | Hərəkətsiz daşıyıcılar: |
|
|
1.4.1. | transparant | 1 il | 20,0 |
1.4.2. | ayrıca dayaqlı lövhə və qutu (o cümlədən ictimai nəqliyyat dayanacaqlarına inteqrasiya olunmuşlar), tumba, ödəniş terminalları və avtomatlaşdırılmış satış köşkləri (vending) | 1 il | 17,0 |
1.4.3. | bilbord, meqabord | 1 il | 15,0 |
1.4.4. | kronşteyn panel, divar panosu (brandmauer), binaların damında hərflər və loqotiplər şəklində yerləşdirilən reklam qurğuları, digər fasad reklamları, çətir, tent, bayraq, afişa stendi və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərinin üzərində yerləşdirilən və ya həmin obyektlərə məxsus (aid) digər reklam daşıyıcıları (1.4.1–1.4.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş reklam daşıyıcıları istisna olmaqla) | 1 il | 10,0 |
Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
- Bakı şəhəri üzrə - 1;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
- digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
Müəyyən edilib ki, həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir;
Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir.
İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə 2-ci hissədə nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur.
İcazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
7 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 8 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
