SOCAR, "Lukoil" neft emalı kompleksini ala bilər - "təhlil edirik"
SOCAR "Lukoil" şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərdiyini təsdiqləyib.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, təmsil etdiyi şirkət istənilən bu cür layihəyə maraq göstərir:
"Biz bunu müzakirə etmişik. Bizim bütün neft emalı zavodlarına marağımız var. Söhbət konkret olaraq bu zavoddan gedirsə, biz bu layihəyə marağımızı o qədər də ifadə etməmişik. Biz bu layihəni ətraflı şəkildə təhlil edirik".
Bundan öncə "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib ki, Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri "Lukoil" şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.
Onun sözlərinə görə, "Lukoil" şirkətinə çox sayda təklif daxil olub: "Biz bu variantları nəzərdən keçiririk. Zavod olduqca yaxşı vəziyyətdədir. İndiyədək biz bu zavoda kifayət qədər investisiya yatırmışıq. Bütün qurğular işlək vəziyyətdədir. Üstəlik, modernləşdirmə işlərindən sonra bir neçə yeni obyektin işə salınması da nəzərdə tutulub. Buna görə, heç bir şey bizi tələsik qərar qəbul etməyə vadar etmir. Biz maraqlı tərəflərlə danışıqları davam etdiririk".
Sentyabr ayının sonunda V. Ələkbərov qeyd edib ki, ISAB ilə ABŞ-ın iri şirkətləri, beynəlxalq investisiya fondları maraqlanır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
9 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir












.jpg)



