Noyabrda qlobal neft hasilatı artıb
Qlobal neft hasilatı noyabrda əvvəlki ayla müqayisədə gündəlik 200 min barel artımla 97 milyon 800 min barrelə yüksəlib. OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə isə 115%-ə çatıb.
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) "Aylıq Neft Bazarı Raporuna Hesabatına" görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı əvvəlki aya nisbətən gündəlik 130 min barel azalaraq 32 milyon 360 min barel olub.
Xam neft xaricindəki OPEC-in şist nefti (neft tərkibli süxur fraqmentlərindən əldə edilən neft) hasilatı isə sutkada 6 milyon 930 min barrel təşkil edib. Beləliklə, OPEC-in ümumi neft hasilatı 39 milyon 290 min barel səviyyəsində baş tutub
OPEC-in hasilatı aşağı salmaq üçün verdiyi qərara əməletmə nisbəti isə keçən ay 91%-dən 115%-ə yüksəlib.
İstehsalda ən çox azalma, Səudiyyə Ərəbistanı, Anqola və Venesuelada baş verib. Səudiyyə Ərəbistanda maydan bu yana ən böyük azalma baş verib. Gündəlik hasilatı 80 min barrel azalan Səudiyyə Ərəbistanında Noyabrda 9 milyon 970 min barel neft hasil olunub.
Keçən ay OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə gündəlik 300 min barel artaraq 58 milyon 500 min barelə yüksəlib. Buna səbəb ABŞ və Qazaxıstanda neft hasilatının artmasıdır.
IEA proqnozlarına görə, 2018-də qlobal neft tələbinin gündəlik 1 milyon 300 min barel artımla orta hesabla 99 milyon 100 min barrel olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
1 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir






















