LC Waikiki 150 yeni mağaza açacaq
Türkiyənin LC Waikiki şirkətinin İdarə Heyətinin Sədri Vahap Küçük gələn il hədəflərini açıqlayıb.
"Marja" xəbər verir ki, bu gün 469-u Türkiyədə, 364-ü xaricdə cəmi 833 mağaza ilə 38 ölkədə fəaliyət göstərdiklərini deyən Küçük, gələn il daha 12 yeni ölkəyə daxil olmağı, bütövlükdə 50 ölkəyə çatmağı, həmçinin Türkiyədə 30 və xaricdə 120 yeni mağaza açmağı qarşıya məqsəd qoyduqlarını söyləyib.
Vahap Küçük, "2017-ci ildə xaricdə 96, Türkiyədə 41 olmaq üzrə cəmi 137 yeni mağaza açmışıq və 833 mağazaya gəlib çatdıq. Hər yeni mağaza açılışında istifadə edilən hər şeyi ixrac edirik. 2018-ci ildə ümumi LC Waikiki ixracını 825 milyon dollar reallaşdırmağı nəzərdə tuturuq" deyib.
8 MİN NƏFƏRİ İŞƏ GÖTÜRƏCƏK
Bu il ölkə daxilində 19 və xaricdə 60 faiz böyüdükləri məlumatını verən Küçük, ili 12.2 milyard TL dövriyyə ilə başa vurmağı nəzərdə tutduqlarını qeyd edib. Küçük, 2018-ci il üçün dövriyyə hədəflərinin 16.2 milyard TL olduğunu bildirib.
Küçük, "2016-ci ildə 35 min nəfər olan işçilərin sayı hazırda təxminən 42 minə çatıb. Gələn il daha 8 min nəfərə məşğulluq təmin edəcəyik" deyə bildirib.
Qeyd edək ki, Azərbaycanda da LC Waikiki mağazaları fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 19 d. əvvəl
-
- 25 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı






















