Litecoin-in qiymətində rekord - "UÇUR"
Virtual pullar gündəmdən düşmür. İndi də Litecoin qiymətlərinin qalxması ilə gündəmə gəlib. Qiyməti yüz faizə yaxın artaraq 200 dolları keçib. Bəs Litecoin nədir? Hazırda qiyməti nə qədər?
LİTECOİN NƏDİR
Litecoin, dünya miqyasında hər kəs üçün yox, az məbləğdə olan pul transferləri etməyə imkan verən bir kripto pul vahididir. Digər koinlər kimi hər hansı bir mərkəzi olmayan Litecoin, açıq qaynaq kodlu qlobal bir ödəmə sistemidir.
Litecoin-in istifadə etdiyi texnologiyası, bu şəbəkəni qoruyur və istifadəçilərin öz pullarına özlərinin nəzarət etmələrinə imkan verir. Litcoin hazırda populyar olan tanınmış kripto pul vahidlərindən daha sürətli əməliyyat müddətlərinə malikdir.
Litecoin, Bitcoin-in açıq qaynaq kodlu proqramından və iş prinsipindən ilham alınaraq yaradılmışdır. Ancaq Litecoin-in Bitcoin-dən ən böyük fərqi "mining" alqoritminin fərdi kompüterlərlə də "mədənçilik" aparıla bilinməsi imkanı yaratmasıdır.
Eyni zamanda Litecoin proseslərin sürətli bir şəkildə təsdiq olunmasını da təmin edən texnologiya bazasına malikdir. Litecoin-də proseslər orta hesabla 2.5 dəqiqə ərzində təsdiq olunur. Əməliyyat sübutetmə alqoritmi "scrypt" əsaslı olduğu üçün normal kompüterlərin standart GPU prossesorları tərəfindən asanlıqla işlənir və yeni coin-lər istehsal edilir.
LİTECOİN-İN QİYMƏTİ
Son bir ilə nəzər saldıqda Litecoin qiymətləri 50-100 dollar ətrafında idi. Ancaq son günlərdə uçuşa keçən Litecoin, sadəcə 24 saat içərisində rekord qıraraq, yüz faiz artımla 246 dollar səviyyəsinə yaxınlaşıb. Arxada qoyduğumuz həftədə başda Bitcoin olmaq üzrə bir çox pul vahidində qiymət artımı baş verib və bu artım Litecoin-ə də təsir edib.
24 saat ərzində yüz faiz dəyər qazanan Litecoinlərin cəmi bazar dəyəri təqribən 9 milyard dollardır. Bu çılğın rəqəmlə bazarda yer alan Litecoin, ən böyük altıncı kripto pul vahididir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
3 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
3 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda Qərb Sənaye Parkı yaradıldı - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı



















