Yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlükləri açıqlandı
Yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" sertifikatlarının daxil edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) infrastruktur hazırlanıb.
Bunu açıqlaması zamanı MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov bildirib.
Onun sözlərinə görə, bu infrastruktur növbəti illərdən təqdim olunması nəzərdə tutulan vəsiqələr üçün "elektron imza" sertifikatlarını təmin edəcək.
"Ümumilikdə, bu infrastruktur, bu həllər vətəndaşlarımıza sığorta xidmətləri, internet bankçılıq, elektron sifariş və müqavilələr, elektron ödənişlər, ümumiyyətlə "elektron hökumət" portalında fəaliyyət göstərən dövlət qurumlarının təqdim etdiyi xidmətləri əldə etmək üçün açar rolunu oynayacaq. Bu xidmətlərin əldə olunması hər bir vətəndaşımız üçün əlçatan olacaq. Çünki "elektron imza"ların vəsiqələrə tətbiq olunması nəzərdə tutulduğu üçün hər bir vətəndaşımız bu imkanlardan yararlanacaq.
Bundan başqa, yeni nəsil şəxsiyyət vəsiqələrində "elektron imza" sertifikatlarının olması hər bir vətəndaş üçün qurulacaq infrastruktur sistemində şəxsi kabinet olmasına da səbəb olacaq ki, bu şəxsi kabinetdə hər birimiz haqqında məlumatlar var. Artıq "e-id.az" portalı tərəfimizdən hazırlanıb, istifadəyə tam hazırdır. Portalda özünəxidmət funksiyaları yerləşdirilib, hansı ki, şəxsi kabinet modellərində həmin informasiyalar cəmlənib. Portala hər bir şəxs daxil olduqda özünə aid olan məlumatları görəcək", - deyə H.Abbasov qeyd edib.
Qurum rəsmisi əlavə edib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib olan vətəndaş heç bir quruma getmədən öz əməliyyatlarını həyata keçirə biləcək:
"Məsələn, abituriyentlər məktəbi bitirib universitetə daxil olarkən real praktikada müəyyən kağız sənədlər formalaşır ki, bunlar da universitetlərə təqdim olunmalıdır. Bu sistemlər tam formalaşdıqdan sonra universitetlərə getmədən belə sistem üzərindən şəxsiyyət vəsiqəsində olan "elektron imza" vasitəsilə müvafiq qurumlara təqdim oluna biləcək. Bundan başqa, qanunvericiliklə 10-15 yaşına qədər olan vətəndaşların imza qoymaq səlahiyyəti olmadığından bu yaş qrupundan olan vətəndaşlar üçün autentifikasiya sertifikatları yazılacaq. O yaşdan yuxarı vətəndaşlarımız üçün isə həm imza və autentifikasiya sertifikatı tətbiq olunacaq. Çünki sənədlərin imzalanması üçün imza sertifikatları tələb olunur, şəxsi kimliyin informasiya sistemlərində tanınması üçün isə autentifikasiya sertifikatları vacibdir. Bunun üçün də hər iki sertifikat çipdə öz əksini tapacaq".
Yeni vəsiqələrdə tətbiq olunacaq elektron imzaların digər dövlətlərdə tanınmasına gəlincə, MHM mütəxəssisi qeyd edib ki, artıq bununla bağlı işlər görülür:
"Biz vəsiqələrdə olacaq "elektron imza"lardan xarici dövlətlərdə istifadəsi olunmasını nəzərdə tuturuq. Eyni zamanda qonşu dövlətlərin imzalarının bizdə tanınması üçün artıq infrastruktur qurulması planlaşdırılır. Növbəti illərdə qonşu dövlətlər, Türkiyə, Qazaxıstan, Rusiya, İran, Gürcüstanla körpü mərkəz formalaşdırılacaq ki, bununla da istənilən vətəndaşımız öz evində oturaraq Türkiyədə hansısa bank hesabı aça, etibarnamə göndərə biləcək. Bizim formalaşdırdığımız elektron sənədin və ona əlavə olunan elektron imzanın qarşı tərəfə tanınması üçün bu istiqamətdə işlər həyata keçirilib, növbəti illərdən real praktikada tətbiqi nəzərdə tutulub. Türkiyə tərəfi ilə danışıqlar aparılır və beynəlxalq standartlara tam şəkildə cavab verməsi üçün texnoloji tərəfləri araşdırılır".
Qeyd edək ki, gələn ildən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək. Vəsiqələrdə xüsusi çiplər olacaq ki, bu çiplərdə də "elektron imza" sertifikatları tətbiq ediləcək. Təqdim olunan elektron imzaların müddəti 5 ildir, vəsiqələrin müddəti isə 10 illikdir. 5 ildən sonra vətəndaş kartını sistemə daxil etməklə elektron imzanı avtomatik yeniləyəcək.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















