Effektiv Motivasiyanın Sirri
Eymi Vrzasniyevski və Barri Şvorts
İstənilən fəaliyyətə başlamaq üçün iki növ səbəb var: daxili və instrumental. Hər hansı bir alim dünya haqqında həqiqətləri öyrənmək istədiyi üçün tədqiqat aparırsa, bu daxili təkanverici qüvvədir, çünki həqiqətləri öyrənmək istəyi təbii bir meyldir. Əgər alim şöhrət qazanmaq üçün tədqiqat aparırsa, bu instrumental motivdir, çünki şöhrət və tədqiqat arasındakı əlaqə təbii deyil. Əksər hallarda, insanların gördükləri işi yerinə yetirmək üçün həm daxili, həm də instrumental səbəbləri mövcud olur.
Hansı motivlərin qarışığı - daxili və ya instrumental, yaxud da hər ikisi - müvəffəqiyyət üçün daha əlverişlidir? Həqiqətləri kəşf etmə arzusu ilə motivasiya olunmuş bir alimin məhşurlaşmaq arzusu ilə iş görən bir alimdən daha yaxşı nəticələr əldə edəcəyini düşünə bilərsiniz. Əlbəttə, iki motivin eyni vaxtda mövcudluğu birindən daha yaxşıdır. Ancaq Milli Elmlər Akademiyası Bildirişləri Jurnalında yeni nəşr olunan bir məqalədə iddia etdikləri kimi instrumental motivlər dəyər deyil və müvəffəqiyyət üçün yararsız ola bilər.
Vest Pointdə yerləşən Amerika Hərbi Akademiyasındakı doqquz giriş sinifində 11.320 şagirddən alınan məlumatlar tədqiqatçılar tərəfindən analiz olundu Bunlar bir qrup motivasiyanın onların akademiyaya daxil olma qərarlarına necə təsir etdiyini öyrənməyə istiqamətlənmişdi. Onların bəziləri üçün qəbulun məqsədi gələcək həyatında yaxşı bir iş tapmaq (instrumental motiv) və digərlərininkini isə Amerika Ordusunda lider kimi yetişmək (daxili motiv) arzusu kimi səbəbləri ehtiva edirdi.
Bəs həmin hərbçilər illər sonra nələri bacardı? Və onların inkişafına Vest Pointə qəbul olmalarına təkan verən səbəblərin hansı təsiri oldu?
Tədqiqatlar nəticəsində məlum oldu ki, Vest Pointə daxil olmaq üçün daxili motivasiyanın güclü olduğu tələbələr daha çox uğur qazanır. Bununla yanaşı, akademiyaya daxil olmaq üçün güclü daxili və zəif instrumental motivasiyaya sahib olanlar, onların hər ikisinə eyni dərəcədə sahib olanlardan daha çox uğur qazanmışdı. İkinci qrupun məzun olma ehtimalları aşağı idi və onlar hərbi rütbəli şəxs olaraq daha az hörmət görür, orduda qalmağı daha az arzulayırdılar.
Bu tədqiqatın nəticələri xeyli vacibdir. Şəxsin vəzifəsini yaxşı formada yerinə yetirməsi, bütövlükdə həm daxili, həm də instrumental motivasiya nəticəsində formalaşır. Hər hansı bir şagird dərsini öyrənir (daxili) və yaxşı qiymət alır (instrumental). Qabiliyyətli bir həkim xəstələri sağaldır (daxili) və yaxşı bir həyat yaşayır (instrumental). Ancaq fəaliyyətlərin həm daxili, həm də instrumental nəticələrə sahib olması, həmin fəaliyyətlərdə uğur qazanan kəslərin həm daxili, həm də instrumental motivasiyaya fəaliyyət göstərdiyi mənasına gəlmir.
Bu tədqiqat göstərir ki, insanların işin gətirdiyi maddi üstünlüklərə deyil, sadəcə onun mənasına və təsirinə fokuslanması, həmin işin keyfiyyətinin artırılmasının ən yaxşı yolu ola bilər.
Hərbi mükəmməllik və ölkəyə xidmət arzusu Ordunun ehtiyacı olan bütün yeni üzvləri cəlb edə bilməsə də, böyük ehtimalla “universitet üçün pul”, “karyera təhsili”, ya da “dünyanı görmək” çağırışı bu işi yerinə yetirəcək. Bu strategiya daha çox əsgərin cəlb edilməsinə səbəb olsa da, daha bacarıqsız əsgərlərin varlığına da şərait yarada bilər. Eyni qayda ilə, öyrənməyə marağı olmayan şagirdlər üçün maddi subsidiyalar və ya yaxud yaxşı fəaliyyət üçün mükafatlar onları təşviq edə bilər, ancaq həmçinin daha zəif təhsilli şagirdlərin sayının artmasına səbəb ola bilər.
Daxili və instrumental motivlərdən istifadə edərək hər hansı bir fəaliyyəti daha cazibədar hala gətirmək mümkündür, ancaq daxili motivləri zəiflətmə müvəffəqiyyətin təməlini formalaşdıran fəaliyyətlərə mənfi təsir göstərə bilər. P.S. Siz həmçinin bu mövzu ilə əlaqədar www.readit.az saytından “Drive” kitabının qısa məzmununu əldə edə bilərsiniz. Siz həmin qısa məzmunda motivasiyanın mahiyyəti, növləri və digər maraqlı məsələlər barəsində məlumatlar əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
25 d. əvvəl
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
-
-
40 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Ən çox oxunanlar
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək







.jpg)




.jpg)





