“Azərbaycanda bank hesabı açılmadan plastik kart buraxılır”

Azərbaycanda bank kartlarının buraxılması zamanı kobud və kütləvi qanun pozuntusuna yol verilir.
Bu açıqlama ilə hüquqşünas Əkrəm Həsənov çıxış edib.
Onun sözlərinə görə, ölkədə əmək haqqı, pensiya, müavinət və təqaüd kartları həm milli qanunvericilik, həm də beynəlxalq aləmdə qəbul edilmiş sağlam bank praktikasının tələbləri baxımdan misli görünməyən hüquq pozuntusu ilə buraxılır.
“Belə ki, Azərbaycan Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na əsasən belə kartlar üzrə hər bir vətəndaşla bank ayrıca bank hesabı müqaviləsi bağlamalı və kart həmin hesaba bağlanmalıdır. Lakin reallıqda müqavilə bağlanmır, kart isə işəgötürənə və yaxud pensiya/müavinət/təqaüd buraxan təşkilata mənsub olan vahid bank hesabına bağlanır. Vətəndaşlara sadəcə kartlar paylanır, vəssalam. Nəticədə sözügedən Qaydalarla yanaşı bir neçə qanunun da tələbləri pozulur. Belə ki, Mülki Məcəllənin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Heç bir xidmət sahəsində müqavilə bağlamadan müştəri olmaq mümkün deyil. Sözügedən halda isə biz məhz bunun şahidiyik. Vətəndaşlar məcburi olaraq müvafiq bankın müştərisi edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi istehlakçıların hüquqlarından biridir. Sözügedən halda isə istehlakçı seçim imkanından məhrum olur.
Nəhayət, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9-cu maddəsinə əsasən bank müştərisinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir. Lakin sözügedən halda bu, baş vermir (bank kart istifadəçilərini heç tanımır da və beləliklə, “Müştərini tanı.” prinsipi pozulur) və deməli, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yaranır. Eyni zamanda ölkəmiz beynəlxalq aləmdə reputasiya riskinə məruz qalır.
Başqa mühüm problem də yaranır. Məlumdur ki, belə kartları emissiya edən banklar kart istifadəçilərinin onlara borcu olduğu təqdirdə həmin borcu kartdakı vəsaitdən tutur. Halbuki həmin vəsaitin sahibi kartın istifadəçisi (məsələn, əmək haqqı alan, yəni işçi) deyil, kartın sahibidir (məsələn, əmək haqqı ödəyən, yəni işəgötürən), çünki kart sonuncunun bank hesabına bağlıdır. Bu isə öz növbəsində kart istifadəçisi tərəfindən kart sahibinə qarşı ona çatası olan pul vəsaitinin ödənilməməsi haqda iddia irəli sürməsi riskini yaradır. Buna görə də borca görə kartından pul tutulan vətəndaşlara məsləhətim budur. Əmək haqqı alan bu halda maaşını işəgötürəndən, pensiya alan isə Dövlət Sosial Müdafiə Fondundan tələb etsin. O cümlədən məhkəmə yolu ilə. Çünki pulun sizin kartınıza otuzdurulması onun sizə verilməsi demək deyil. Kart sizin hesaba bağlı deyil, pulu sizə ödəyənin hesabına bağlıdır. Deməli, bankın onu tutmaq hüququ yoxdur. Tutursa belə, bu, sizin deyil, pulu sizə ödəyənlə bankın problemidir. Haqqınızı tələb edin.
Burada başqa risklər də yaranır. Məsələn, belə çıxır ki, işçinin kart hesabı vasitəsilə həyata keçirdiyi xərclər formal olaraq onun işəgötürəninin xərcləridir. Deməli, həmin işəgötürənin vergi və s. problemləri yarana bilər (görəsən, vergi orqanları indiyə qədər niyə bu məsələyə göz yumub?). Digər tərəfdən, işəgötürənin karta bağlı olan bank hesabına həbs qoyulduqda, işçi kartdakı vəsaitdən istifadə edə bilməyəcək və s.
Sözügedən problemlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət göndərmişəm.
© Renkinq
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
12 d. əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
27 d. əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
-
- 39 d. əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək
Ən çox oxunanlar

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
