“AXA Mbask” Palatanın "radarında"
Maliyyə Bazarlarına Nəzarət Palatası, sığorta şirkətlərinə sanksiyaları artırmağa başladığı barədə iddialara cavab verib.
Məlumata görə, bəzi sığortaçılar qanunsuz endirim etməkdə davam etdiklərinə görə, Palata ciddi tədbirlər görməyə başlayıb. Tədbirlər cərimə və şirkət rəhbərlərinin vəzifədən uzaqlaşdırılmasından ibarətdir. Qanunsuz sığorta endirimlərini davam etdirən bir neçə sığorta şirkətlərinin rəhbər şəxslərinin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.
"Marja"nın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirildi ki, “AXA Mbask” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilmişdir.
"Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-Təqdimat verilmişdir".
XXX
Maddə 102. Maliyyə bazarlarına nəzarət orqanının təqdimatları
102.1. Aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – təqdimat verir.
102.2. Maliyyə bazarlarına nəzarət orqanı təqdimat verməklə, sığortaçılardan, aktuarilərdən və sığorta vasitəçilərindən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:
102.2.1. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı normativlərə əməl edilməsini, bu məqsədlə onun öz vəsaitinin artırılmasını, aktivlərinin likvidliyinin təmin edilməsini;
102.2.2. yeni filiallar açılmasının dayandırılmasını, mövcud filialların fəaliyyətinin dayandırılmasını, yaxud ləğv edilməsini;
102.2.3. sığortaçının daxili nəzarətinin həyata keçirilməsi qaydalarında dəyişikliklər edilməsini;
102.2.4. qanunvericiliyin tələblərinə riayət edilməməsinin və ya buna şərait yarada bilən halların müəyyən müddət ərzində aradan qaldırılması üçün tədbirlər planının müəyyən edilməsini;
102.2.5. aşağıdakı hallarda sığortaçının müvafiq orqanı tərəfindən məsələyə baxılıb qanunazidd hallar və (və ya) nöqsanlar aradan qaldırılanadək sığortaçının rəhbər işçisinin vəzifəsindən kənarlaşdırılmasını:
102.2.5.1. sığortaçının rəhbər işçisinin hərəkətlərinin bu Qanunun tələblərinə uyğun olmadığını hesab etmək üçün əsaslar olduqda;
102.2.5.2. sığortaçının rəhbər işçisi sığortaçıdakı vəzifəsinin icrası ilə bağlı 1 il ərzində ən azı iki dəfə inzibati məsuliyyətə cəlb olunduqda;
102.2.6. Bu Qanunun 96-cı maddəsində nəzərdə tutulmuş haqların sığortaçı tərəfindən həyata keçirilməsini;
102.2.7. ödənilməsindən qanuni əsas olmadan imtina edilmiş sığorta ödənişinin həyata keçirilməsini;
102.2.8. maliyyə bazarlarına nəzarət orqanının, yaxud onun səyyar yoxlayıcısının tələb etdiyi sənədlərin və məlumatların təqdim edilməsini;
102.2.8-1. sığortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxsin bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməsini;
102.2.8-2. sığortaçının rəsmi internet səhifəsinin və elektron informasiya sisteminin mövcudluğunun, həmçinin onların maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi minimum tələblərə uyğunluğunun təmin edilməsini;
102.2.9. sığorta qanunvericiliyi ilə əlaqədar olan digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasını;
102.2.10. sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin müvafiq dövr üzrə hərəkəti və ya onlarla bağlı aparılmış əməliyyatlar barədə bank sənədləri ilə əsaslandırılmış məlumatların təqdim edilməsini.
102.3. Maliyyə bazarlarına nəzarət orqanının müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
102.4. Bu Qanunun 102.1-ci maddəsinə uyğun olaraq aşkar edilmiş hallardan asılı olaraq, maliyyə bazarlarına nəzarət orqanının müvafiq təqdimatı bu Qanunun 102.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birini və ya bir neçəsini əhatə etməlidir.
102.5. Rəhbər işçi bu Qanunun 102.2.5-ci maddəsində nəzərdə tutulmuş hallarda bir sığortaçıda vəzifəsindən ən azı iki dəfə kənarlaşdırılmış olduqda maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında onun sığortaçılarda rəhbər işçi vəzifəsi tutmaq imkanı məhkəmənin qərarı ilə 5 il müddətində məhdudlaşdırıla bilər.
102.6. Bu Qanunun 102.2.7-ci maddəsinə əsasən verilən təqdimat vaxtında və (və ya) tam yerinə yetirilmədikdə maliyyə bazarlarına nəzarət orqanı sığorta müqaviləsinə uyğun olaraq hesablanmış sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığortaçının bank hesablarından ödənilməsi üçün banklara və ya digər kredit təşkilatlarına icrası məcburi olan icra (ödəniş) sənədi - sərəncam verməlidir.
102.7. Sığorta fəaliyyətinə nəzarət çərçivəsində, maliyyə bazarlarına nəzarət orqanı sığortaçının bank hesablarındakı vəsaitləri və bu vəsaitlərin hərəkəti barədə banklardan məlumat tələb edə bilər. Bu tələbə vaxtında və tam əməl etməyən banklar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyəti daşıyırlar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
8 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
8 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
-
9 saat əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Ən çox oxunanlar
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!



















