Bitcoin-in qiyməti 10 min dolları keçdi
Virtual pul vahidi Bitcoin-in dəyəri, ilk dəfə 10 min dolları aşaraq yeni bir rekord qırıb.
Təkcə bu il ərzində təxminən 1000 faiz dəyər qazanan Bitcoin, Bakı vaxtı ilə saat 07.30-da 10228 dollardan ticarət olunub.
Dünya miqyasında 900-ə yaxın virtual pul arasında ən dəyərlisi olan Bitcoin-in ümumi bazar dəyəri isə 170 milyard dollara yaxınlaşır. Bu rəqəm, virtual pul vahidinin Mc Donalds, Goldman Sachs və Disney kimi nəhəng şirkətlərin bazar qiymətlərini geridə qoyduğu anlamına gəlir.
Buna baxmayaraq analitiklər, inanılmaz bahalaşması ilə bir çox sərmayəçinin iştahanı coşduran Bitcoin barədə xəbərdarlıq edirlər. Bitcoin-in dəyəri qısa müddət ərzində 10 dəfə artmasına baxmayaraq bir neçə gündə 60% ucuzlaşdığı dövrlər də olub.
Bu səbəbdən riskli investisiya vasitəsi kimi qəbul edilən Bitcoin-in gələcək dövrdə necə olacağına dair fikirlər arasında böyük fərqlər var.
Bəzi investorlar, virtual pul vahidinin dəyərinin 2018-ci ilin sonunda 40 min dollara çatacağını irəli sürür, digərləri Bitcoin-in çökməsi ehtimalının 80%-in üzərində olduğunu bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)






.jpg)




