Həyat səviyyənizi yüksəltmək üçün 12 addım
Məqalə "Marja.az" və www.readit.az portalının əməkdaşlığı çərçivəsində hazırlanıb.
Neçə dəfə özünüzə həyatınızı yaxşılaşdıracağınızı demisiniz, ancaq heç bir şey etməmisiniz? Həyatınızın bəzi istiqamətlərindən nə qədər məmnunsunuz və niyə onları dəyişdirməyə qərar versəniz də dəyişdirməmisiniz? Həyat səviyyənizi yüksəltməyə mane olan şey nədir? Bunun səbəbi həyəcan, motivasiya, arzu, dayanıqlılıq, iradə gücü və intizam əskikliyidir.
Digərləri kimi, xüsusilə də Yeni ildə dəyişikliklər etməklə bağlı özünüzə söz verirsinizmi? Bu söz vermə ritualı eyni zamanda, həyatını dəyişdirən, yaxud da böyük uğur qazanan biri haqqında bir kitab və ya məqalə oxuduqdan sonra da özünü göstərə bilər. Buna baxmayaraq, yaxşılaşdırma arzusu uzun çəkmir və bu tezliklə itir.
Müsbət dəyişikliklər etmək mümkündür? Bəli, əlbəttə ki mümkündür, ancaq bunun üçün plan qurmaq, müəyyən strategiyaları və üsulları izləmək və dünyagörüşünüzdə, düşüncə formanızda bəzi dəyişikliklər etmək lazımdır.
12 addımda həyatınızı yaxşılaşdırmağı öyrənin:
1. Nəyi yaxşılaşdırmaq istədiyinizə qərar verin. Tək və narahat edilməyəcəyiniz bir yerdə oturun və bir hədəf siyahısı hazırlayın. Sonra isə, siyahınızdakı hədəflərə həqiqətən çatmaq istəyib-istəmədiyinizi müəyyənləşdirmək üçün yazdıqlarınızı analiz edin. Böyük ehtimalla, həmin hədəflərin bəzilərini reallaşdırmaq istəmədiyinizi görəcəksiniz. Belə olduqda, onları silin.
2. Başqa bir kağıza, siyahıdakı həqiqətən əldə etmək istədiyiniz şeyləri köçürün. Onları vacibliyinə görə sıralayın.
3. Həmin hədəfləri necə reallaşdıracağınız ilə bağlı bir plan qurun. Sağlam düşüncə, hiss, təxəyyül və yaradıcılığınızdan istifadə edərək mümkün qədər praktik davranın.
4. Hədəfiniz haqqında məlumat verən bir kitab almaq, konfranslara qatılmaq, motivasiya edici mahnılar və çıxışlar dinləmək, kurslara getmək və ya praktik fəaliyyətlə məşğul olmaq kimi kiçik olsa da, hal-hazırda edə biləcəyiniz bir addım atın; ilk addımı atın. Həyatınızı yaxşılaşdırmağa və hədəfinizə çatmağa kömək edəcək istənilən addım faydalı ola bilər.
5. Seçdiyiniz sahədə uğur qazanmış insanlar haqqında ilham verici kitabları və məqalələri oxuyun. Bu sizin həvəsinizi və motivasiyanızı artıracaq.
6. Yaratmaq istədiyiniz yenilikləri vizuallaşdırın. Onları real və həqiqi bir hadisə kimi təsəvvür edin. İnandırıcı və canlı zehni görüntülər yaradın.
7. Arzunuzu, həyəcanınızı və motivasiyanızı canlı saxlayın, həyatınızın necə olması haqqında tez-tez düşünün. Həmçinin, həyatınızı, şərtlərinizi, maliyyə vəziyyətinizi, sağlamlığınızı və ya başqa hər hansı bir şeyi yaxşılaşdıraraq qazanacağınız mənfəət və üstünlüklər haqqında da düşünün.
8. Qərarlarınızı təkrarlayın. Bu sizə davamlı olaraq hədəflərinizi xatırladacaq və şüuraltınız zehininizi onlara çatmağa kömək edəcək formada proqramlaşdıracaq.
9. Heç bir şeyin həyatınızı yaxşılaşdırmağınıza mane olmasına icazə verməyin. Maneələr, gecikmələr və ya çətinliklərlə qarşılaşsanız belə güzəştə getməyin. Nə qədər vaxt və əmək sərf etməyinizdən asılı olmayaraq, qərarlarınızı qətiyyətlə reallaşdırmağa çalışın. Uğurlu insanlar bu cür davranır.
10. Güclü iradə və fərdi intizam formalaşdırmaq maneələrin və çətinliyin öhdəsindən gəlmək və səylərinizdə qətiyyətli olmaq üçün sizə güc verəcək. Bu iki bacarıq xüsusi texnikalar və təlimlər vasitəsilə inkişaf etdirilə bilər.
11. Özünüzə və həyatınızı yaxşılaşdırma qabiliyyətinizə, maliyyə vəziyyətinizə, vərdişlərinizə və davranışınıza olan inamınız güclü olsun.
12. Dəyişiklikləri qəbul etməyə hazır və istəkli olun. Heç bir şey etmədən həyatınızın yaxşılacağını gözləyəcək qədər passiv olmayın. Fəaliyyətə keçin, fürsətləri qiymətləndirin, vərdişlərinizi və həyat tərzinizi dəyişdirməyə həvəsli olun.
Yaddan çıxarmayın, qərar qəbul etmək kifayət deyil; Onları reallaşdırmaq lazımdır. Əvvəllər müəyyən qərarlar qəbul edib, onları reallaşdırmamısınızsa, bunun səbəbi kifayət qədər ciddi olmamağınız və arzunuzun çox güclü olmamasıdır.
Hər səviyyədə həyatınızı yaxşılaşdıra bilərsiniz, ancaq çətinliklərlə və maneələrlə qarşılaşdıqda belə mövcud planı izləməli, həvəsinizi, arzunuzu və motivasiyanızı itirməməlisiniz. Həyatınızı yaxşılaşdırmaq üçün sərf etdiyiniz vaxt uzun ola bilər, ancaq bu qiymətli və faydalı bir hədəfdir.
Seçdiyiniz sahədə uğur qazanmaq, profesional keyfiyyətlərinizi artırmaqdan ötrü mütləq özünüzü inkişaf etdirməlisiniz. Bu sahədə ən rahat yollardan biri də mütaliə etməkdir. Bu yolda www.readit.az sizin qulluğunuzda hazırdır. Saytımıza abunə olaraq 60-dan çox kitabı qısa məzmunda, həm də azərbaycan dilində oxuya bilərsiniz. Hər gün bir qısa məzmun oxumaqla yeni biliklərə və bacarıqlara sahiblənə bilərsiniz.
Sizi daima inkişaf edən professionallar sırasında görmək ümidilə.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan banklarında bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından daha çox gəlir əldə edəcəyi gözlənilir
Yanvarın 13-də gözlənilən hava şəraiti
Ötən il Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub
Azərbaycanda “Castrol” yağlarını satan şirkətin nizamnamə kapitalı kəskin azaldılıb
"Aşağı neft qiymətləri Dövlət Neft Fondunun aktivlərinin sürətlə tükənməsinə gətirib çıxarma ehtimalı yaratmaqdadır"
Ən çox oxunanlar
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb










.jpg)








