Rusiyada yeni Azərbaycan diaspor təşkilatı yaradılır
Rusiyada qeydiyyatı ləğv edilmiş Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) yerinə yeni Azərbaycan diaspor təşkilatı yaradılır.
Rusiya Federasiyasının regionlarındakı Azərbaycan icmalarının rəhbərləri yeni təşkilatın yaradılması və ona liderlik etməsi üçün akademik Fazil Qurbanova müraciət ediblər.
Müraciətdə qeyd olunub ki, regiondakı Azərbaycan icması nümayəndələri qüsursuz reputasiyaya, işinə xüsusi və professional yanaşan, fəal həyat mövqeyi ilə seçilən akademik Fazil Qurbanovun Rusiyadakı Azərbaycan diasporunun lideri olmalı olduğunu hesab edirlər.
O da vurğulanıb ki, Rusiyada çoxlu sayda fərqli Azərbaycan diaspor təşkilatları olmasına baxmayaraq Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.
"Rusiya prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin razılığı yaradılan Ümumrusiya Azərbaycan Konqresi təəssüf ki, Rusiya Federasiyasının ictimai həyatında oynadığı aktiv rolu itirdi. Çoxlu səhvlər buraxıldı. Rusiyada indiki zamanda, yəni demokratik prinsiplərin və qanun aliliyinin hökm sürməyə başladığı bir dövrdə belə səhvlər ÜAK üçün ölümcül oldu",- deyə müraciətdə vurğulanıb.
Regiondakı Azərbaycan icmalarının rəhbərləri Fazil Qurbanovun fəaliyyətini qeyd edərək ondan Rusiyadakı həmvətənlərimizi birləşdirəcək yeni təşkilata rəhbərlik etməsini, eləcə də Azərbaycan icmasının Rusiya cəmiyyətində vacib və güclü qüvvəyə çevrilməsi üçün bütün şəraitin yaradılmasını xahiş ediblər.
Müraciətə Rusiya Federasiyasının 16 respublikası, 8 əyaləti, 33 vilayəti, 3 muxtar vilayəti və Moskva və Sankt-Peterburq şəhərlərindəki Azərbaycan icmalarının rəhbərləri imza atıblar.
Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-nin qeydiyyatının ləğvi barədə qərar çıxarıb.
Sentyabrın 19-da Ali Məhkəmənin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























.jpg)
