ABŞ-da neft ehtiyatları azalıb, hasilat artıb
ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə 1,9 milyon barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 0,4 faiz (1,9 milyon barrel) azalaraq 457,1 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 1,5 milyon barrel azalması istiqamətində idi.
Bir əvvəlki həftə xam neft ehtiyatları 1,9 milyon barel artım qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə 1,7 milyon barrel (0,3 faiz) azalaraq 667,5 milyon barrelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları isə 0,04 milyon barel artaraq 210,5 milyon barelə yüksəlib.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,7 milyon barel artım olması istiqamətində idi.
Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barrel qalxmışdı.
XAM NEFT HASİLATI ARTIB
Bu dövrdə ölkənin xam neft istehsalı isə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 13 min barel artaraq 9,66 milyon barelə yüksəlib. Beləliklə, ABŞ-ın xam neft istehsalı 5 həftə ardıcıl artım göstərmişdir.
Ölkənin xam neft ixracı da sözügedən həftədə, bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 462 min barel artımla 1,59 milyon barelə yüksəlib. Həmin dövrdə, xam neft idxalı isə gündəlik orta hesabla 25 min barel azalaraq 7,87 milyon barelə enib.
BRENT NEFTİ 1% BAHALAŞIB
ABŞ-ın xam neft istehsalının 5 həftə ardıcıl artmasına baxmayaraq, qlobal bazarda neftin qiymətlərində geriləmə olmayıb. Bakı vaxtı ilə saat 23:00-a olan məlumata görə, Brent nefti günlük 1% artımla 63,21 dollardan alıcı tapıb. Səhər saatlarında da Brent neftinin qiyməti 63 dollar ətrafında idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)







.jpg)




