"Ziraat.com"u 20 il sonra aldı
Türkiyənin "Ziraat Bankası", 20 il sonra "ziraat.com" domen adını öz adına qeydiyyatdan keçirib.
"Marja" xəbər verir ki, Bank, ABŞ-lı türk Mehmet Kahvecioğlunun 20 il əvvəl öz adına qeydiyyata aldırdığı "ziraat.com" domen adını Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Mülki və Vasitəçilik Mərkəzindən geri alıb. Kahvecioğlunun "ziraat.com" adının qaytarılması üçün Türk məhkəmələrində qaldırdığı iddia da rədd edilib.
Türk əsilli Amerika vətəndaşı Mehmet Kahvecioğlu, 1996-da Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Mülki və Vasitəçilik Mərkəzindən "ziraat.com" domen adını öz adına qeydiyyata aldırmış, 20 illik reyestr haqqını da ödəmişdi. WIPO, "ziraat.com" domen adı ilə aparılan reyestrin ləğvini istəyən "Ziraat Bankası"nı haqlı hesab edib.
Mehmet Kahvecioğlu məhkəməyə müraciət edib. "Ziraat Bankası" məhkəməyə təqdim etdiyi məlumatda, bankın əsasının 1863-cü ildə Mithat Paşa tərəfindən qurulan "Memleket Sandıkları" ilə qoyulduğunu, 15 Avqust 1888-də "Ziraat Bankası" adının ilk dəfə istifadə edildiyini və bankın ölkə daxilində 1785, xaricdə 18 ölkədə 96 şöbəsi ilə dünyanın mötəbər maliyyə təşkilatları arasında yer aldığını bildirilib.
Bank, Mehmet Kahvecioğlunun pis niyyətli olduğunu irəli sürərək iddianın rədd edilməsini istəyib. Məhkəmə, Kahvecioğlunun "ziraat.com" domen adını qeydiyyat etdirdiyi tarixdən bu yana istifadə etmədiyini və "ziraat" ifadəsi üzərində ilk haqq sahibliyinin "Ziraat Bankası" olduğunu bildirərək iddianı rədd edib.
Qeyd edək ki, "Ziraat Bankası"nın Azərbaycanda törəməsi - "Ziraat Bank Azərbaycan" ASC fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 23 saat əvvəl
-
-
23 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)





.jpg)




