Bazar əməliyyatları şöbəsinə baş mütəxəssis tələb olunur
AFB Bank Xəzinədarlıq departamentində Bazar əməliyyatları şöbəsinə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə: Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali iqtisadi təhsil;
-Birja əməliyyatları sahəsində iş təcrübəsi;
-Rus və İngilis dillərində sərbəst danışıq;
-Valyuta, qiymətli kağız və digər yerli və xarici maliyyə bazarları instrumentləri haqqında peşəkar biliklər;
-Bazar risklərinin idarə edilməsi haqqında peşəkar biliklər;
-Bloomberg terminalından istifadə üzrə peşəkar bilik;
-Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
-Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
-MS Ofis proqramları üzrə peşəkar biliklər.
İŞİN TƏSVİRİ:
-Yerli və xarici maliyyə bazarlarında (valyuta, qiymətli kağız və digər) əməliyyatların aparılması;
-Aparılmış əməliyyatlarla bağlı müvafiq sənədləşmə işlərinin icrası;
-Maliyyə bazarları üzrə dövrü olaraq təhlillərin aparılması;
-İnvestisiya portfelinin yaradılması və idarə edilməsi;
-Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Bazar əməliyyatları şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
15 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
-
8 saat əvvəl
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
-
8 saat əvvəl
Heqset: ABŞ Rusiya və Çinin İran ətrafında nə etdiyini dəqiqliklə bilir
-
8 saat əvvəl
ABŞ-ın müharibə naziri: Bəlkə də İrana qoşun yeritməyə ehtiyac olmayacaq
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
Baffetdən xüsusi açıqlamalar: "Qeyts ilə əlaqəni kəsmişəm"
Trampdan ABŞ-ın müttəfiqlərinə sərt reaksiya: Gedin reaktiv yanacağınızı Hörmüz boğazından alın
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Aprelin 1-dən qadağan edilir
“Azercell" də Baş icraçı direktor vəzifəsi yaradılıb
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə növbəti kupon ödənişi həyata keçiriləcək






















