Bank “BTB”nin “Gəncə” filialı yeni ünvanda!
Filial şəbəkəsinin təkmilləşdirilməsi və müştəri xidmətləri keyfiyyətinin artırılması məqsədilə Bank “BTB” ASC-nin “Gəncə” filialı 4 noyabr tarixindən etibarən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 234 ünvanında fəaliyyət göstərəcək.
Bankın yaydığı məlumata görə, beləliklə Gəncənin və ətraf rayonların sakinləri Bank BTB-nin xidmətlərindən daha rahat istifadə edə biləcəklər.
Filialda bankın müştəriləri üçün geniş çeşidli kredit məhsulları, sərfəli şərtlərlə depozit yerləşdirmək imkanı, kommunal və sair ödənişlər, hesablaşma-kassa əməliyyatları və digər xidmətlər təklif ediləcək. Əlavə olaraq, müştərilər onları maraqlandıran məhsul və xidmətlər barədə ətraflı məlumat ala biləcəklər.
Xidmət nöqtəsinin açılışında bankın rəhbərliyi iştirak etdi. Tədbirdə Bank “BTB” ASC-nin Müşahidə Şurasının Sədri, İdarə Heyətinin Sədri, İdarə Heyətinin üzvləri və Departament rəhbərləri də iştirak ediblər.
"Bu gün biz “Gəncə” filialının rəsmi açılışını qeyd edirik. Bu şəhər və region yerləşdiyi strateji mövqeyinə görə, iqtisadi potensialına görə, təbii sərvətinə görə, mədəni irsinə və sosial-ictimai fəaliyyətinə görə çox zəngindir. Bu filialın açılışı ilə biz regionlarda iqtisadiyyatın real sektorunun inkişafına dəstək olmaq niyyətində olduğumuzu sübut edirik", -"Bank BTB"nin Müşahidə Şurasını Sədri Rza Sadiq bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)






