Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollara çatacaq
Beynəlxalq Valyuta Fondu (BVF) 2017-2018-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən 2017-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 2016-cı ilin sonuna olan 4 milyard dollara qarşı 4,8 milyard dollar təşkil edəcək. Beləliklə, cari ildə ehtiyatlar 20% artacaq.
2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,7 milyard dollara qədər artacaq (2017-ci illə müqayisədə artım 18,8%).
Xəbər verildiyi kimi, 1 oktyabr 2017-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 167,5 milyon dollar təşkil edir və 9 ay ərzində 30% artıb.
Proqnozdan belə məlum olur ki, oktyabr ayının 1-nə olan göstərici ilə (5 milyard 167,5 milyon dollar ) müqayisədə ilin sonunadək AMB-nin ehtiyatları 367,5 mln. dollar azalacaq.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
-
- 11 d. əvvəl
-
13 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















