Caspian Energy Medical Forum-a qeydiyyat başlayıb
“Noyabrın 15-də Caspian Energy Forum-un Azərbaycanın Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya (Caspian Energy Medical Forum) iştirakçılarının qeydiyyatı başlayıb”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyev forumun açılışında səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni texnologiyanın tətbiqi barədə danışacaq Azərbaycan Reslublikasının səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirak edəcəyini qeyd edib.
Onun sözlərinə görə, forum çərçivəsində biznesmenlərə həmçinin səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.
Biznes-forumda noyabrın 14-dək aşağıdakı link üzrə qeydiyyatdan keçmiş şirkətlər edə bilərlər: http://www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017
Forumun bütün iştirakçı şirkətləri Caspian European Club-un idarə heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi elə həmin gün təşkil olunacaq ənənəvi CEO Lunch Baku-da açıqlanacaq.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır.
Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Caspian Energy İnternational Media Group-un və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin orta və kiçik biznesin və startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























