Benzinin qiymətində artım - SOCAR-dan açıqlama
Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.
SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
Əldə etdiyimiz məlumata görə, "Aİ-95" premium markalı benzinin qiyməti məzənnədən asılı olaraq dəyişəcək. Gələcəkdə "Aİ-95" markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyası və Azərbaycanda manatın məzənnəsindən asılı olacaq.
Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
Bütün bunlar bir yana, "Aİ-95" premium markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə "Aİ-95"-ə olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.
Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.
Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb. Məsələn, Gürcüstanda benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40 - 60 tetri artıb. Özü də qiymət artımı benzinin digər markalarını da əhatə edib. 2016-cı il dekabrın sonlarında 1,45 GEL-ə satılan benzin bu il yanvarın 2-dən başlayaraq 1,90, 1,95 və 2 GEL-ədək bahalaşıb. Benzinin qiyməti tədricən, 3 gün ərzində artırılıb. Dizel yanacağının qiyməti də yanvarın 3-dən 30-50 tetri arasında bahalaşıb.
Yanvarın 5-dən isə ölkənin yanacaqdoldurma məntəqələrində avtomobillər üçün nəzərdə tutulmuş təbii qazın qiyməti 15-20 tetri bahalaşıb.
Artıq qaz yanacaqdoldurma məntəqələrində təbii qaz fərqli qiymətlərlə satılır. Belə ki, “Vissol” yanacaqdoldurma məntəqəsində qazın bir kubmetri üçün 1,45 lari (təqribən 0,54 dollar), “Qamma”, “Formula” məntəqələrində 1,46 lari, “Heoraz” məntəqələrində isə 1,45 lariyə satılıb. Bütün bunlara rəğmən Azərbaycanda ötən il benzinin qiymətində hər hansı bahalaşma müşahidə edilməyib.
Rusiyada isə Aİ-95 və daha yüksək oktanlı benzinin qiyməti ötən ay 38,33 rubldan (1,09 manat) 38,36 rubla (1,10 manat) qədər bahalaşıb.
Ümumilikdə isə ötən ilin əvvəlindən 2016-cı ilin sonuna qədər Rusiyada benzininin qiyməti 3,7%, dizel yanacağının qiyməti isə 2,7% artıb.
Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.
Qeyd etdiyimiz kimi, hazırda "Aİ-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN təşkil edir. Bu markalı benzinin əvvəlki qiyməti də digər ölkələrlə müqayisədə ucuz (0.95 AZN) idi. Onu da vurğulamaq yerinə düşür ki, hazırda "Aİ-92" markalı benzinin qiyməti 70, dizel yanacağının qiyməti isə 60 qəpikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)
















