“İlin sonunda “Bitcoin”in qiyməti 7000 dolları keçəcək”
“İlin əvvəlində, ilin sonunda“Bitcoin”in qiymətinin qalxacağını bildirmişdim, elə də oldu”.
“Marja”nın məlumatına görə, bunu "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal Mehdiyev öz Facebook səhifəsində təşkil etdiyi canlı yayımda bildirib.
O qeyd edib ki, ilin sonuna qədər qiymət artımı davam edəcək:
“Mən düşünürəm ki, əgər ciddi qloballər baş verməsə, ilin sonunda”Bitcoin”in qiyməti 7000 dollardan yuxarı olacaqdır. Pessimist proqnozum 6000-7000 dollar, optimist proqnozum isə 7000-9000 dollar aralığındadır”.
Rəşad Camal Mehdiyev “Marja”nın sualına cavab olaraq bildirib ki, “Bitcoin” ilə ödəniş qəbul edən şirkətlərin sayının artması, sayı limitlə olan bu valyutanın dəyərinin artması ilə nəticələnəcəkdir:
“Bildiyimiz kimi kriptovalyutaların arxasında texnologiyalar dayanır. Bu texnologiyalardan istifadə edən şirkətlərin sayı artdıqca, kriptovalyutalar bahalaşır. Kriptovalyutalar sonsuz sayda deyil, bir limit var. Həmçinin kriptovalyutalar ilə ödəniş qəbul edən şirkətlərin sayının artması virtual pullara tələbatı artırır. Təlabat artdığından əlində kriptovalyutası olanlar daha baha qiymətə satmağa başlayırlar. Bu da qiymət artımına səbəb olur. “Bitcoin”in bu gün qalxmasına səbəb olan faktorlardan biri “Google”un “AndroidPay” ödəmə sistemində “Bitcoin”in ödəniş vasitəsi kimi istifadə ediləcəyini bəyan etməsidir. Bu da gələcəkdə “Bitcoin”ə böyük təlabatın olacağına işarədir. Sabah “Faceboook”, “Snapchat” kimi şirkətlərdə belə bir bəyanatlar yayasalar, qiymətlər daha da qalxacaqdır. Bu cür xəbərlər kriptovalyutaların qiymətlərinin qalxmasına səbəb olacaqdır. Nəticədədə, tələb artdığından qiymətlər yüksələcəkdir”.
Xəbər verdiyimiz kimi, Bu gün “Bitcoin”in qiyməti yenidən 5000 dolları keçib. Hazırda “Bitcoin”in qiyməti 5200 dollar ətrafındadır.
"Bitcoin" və "Ethereum"un Bakı vaxtı ilə saat 16:10-a olan qiyməti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
1 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
3 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın







.jpg)

















.jpg)