Bank of Baku “Gəliiiir”in qaliblərini mükafatlandırıb

“Bank of Baku” bir müddət əvvəl “Gəliiiir” şüarı altında müştərilərinə təqdim etdiyi yenilik və kampaniyaların yekununa həsr olunmuş mətbuat konfransı keçirib.
“Bank of Baku”, bu yay “GƏLİİİR” şüarı altında müştərilərinə kampaniyalar təqdim edirdi. "Marja" xəbər verir ki, tədbirdə kampaniyaların yekunları barədə məlumatlar verilib, əsas - “Bolkartla alış-veriş et, Nyu-Yorka 2 nəfərlik səyahət qazan!” adlı kampaniyanın qalibləri elan edilib və mükafatlandırılıb.
Qeyd edək ki, kampaniya 24 iyul – 17 sentyabr tarixlərini əhatə edirdi. Kampaniya Bolkart kartları ilə həm ölkədaxili, həm də ölkəxaricində edilən bütün ödənişlərə şamil edilirdi. Şərtlərə əsasən kampaniya dövründə minimum 20 AZN-lik (əməliyyat sayı ən azı 5 olmaqla) ödənişlərinin ümumi məbləği daha çox olan Bolkartlıların qalib olacağı bəyan edilmişdi.
Mətbuat konfransında “Bank of Baku” ASC-nin Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gülşən Cumayeva Bankın yenilikləri haqqında ətraflı məlumat verib.
“Bizim “Gəliiiir” şüarı altında təqdim etdiyimiz yeniliklər müştərilərin gözləntilərinə tam cavab verirdi”,- o deyib.
Bank of Baku bundan sonra da yenilikləri davam etdirəcək. Bolkartın 6 yaşı münasibətilə də kampaniyaların keçirilməsi nəzərdə tutulur.
Kampaniyanın şərtləri:
-Həftə ərzində ödənişlərin ümumi məbləği ən çox olan ilk 3 Bolkartlıya (20 AZN dəyərində əməliyyatların sayı həftə ərzində min. 3 dəfə olmaq) - Bolkart Gold/Bolkart Diamond + 100 AZN BAL;
-Kampaniya dövründə hər ayın yekununda ödənişlərin ümumi məbləği ən çox olan Bolkartlıya (20 AZN dəyərində əməliyyatların sayı ay ərzində min. 5 dəfə olmaq) FOTOAPARAT;
-Ümumi kampaniya dövründə yuxarıdakı şərtlər nəzərə alınmaqla ödənişlərinin ümumi məbləği ən çox olan Bolkartlıya isə NYU-YORKA 2 NƏFƏRLIK SƏYAHƏT paketi (aviabilet, transfer və otel daxil olmaqla viza dəstəyi) HƏDİYYƏ olunacaq.
Davam edəcək....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
