ABŞ və Türkiyə arasında viza qalmaqalı
ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə "Marja" Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Qeyd olunur ki, buna səbəb bir neçə gün öncə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub.
Türkiyə də ABŞ vətəndaşlarına vizalarının verilməsini dayandırıb.
Bu addım ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsinin dayandırmasına cavab olaraq atılıb.
İki ölkənin qarşılıqlı olaraq vizaları təxirə salması, ABŞ-ın İstanbul Baş konsolluğunda işləyən Metin Topuzun FETÖ əlaqəsi iddiası ilə həbs olunması ilə başlayıb. ABŞ Səfirliyi həbs qərarına "İddiaların əsassız olduğuna inanırıq. Əsassız iddialar Türkiyə ilə uzun davamlı ortaqlığımızı baltalayır" ifadələri ilə reaksiya vermişdi.
Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Səfir Hüseyin Müftüoğlu, ABŞ Səfirliyi tərəfindən verilən açıqlama ilə bağlı suala, "25 Sentyabr 2017 tarixində terrorla əlaqəli cinayətlərə görə həbs olunan adamın ABŞ Konsulluğunun rəsmi siyahısında adı yoxdur. O şəxs Konsulluğun rəsmi əməkdaşı deyil" cavabını vermişdir.
Türkiyə Baş nazirinin köməkçisi və hökumət sozçüsü Bekir Bozdağ da həbsə bağlı, "Burada üzərində dayanılması lazım olan ABŞ Səfirliyinin bir terror təşkilatı ilə əlaqəli birinin Türkiyə rəsmilərinə bildirilmədən ABŞ Səfirliyində çalışması və orada saxlanılmasıdır. "Biz necə belə birini burada saxlamışıq?" deyə bir az onun üzərində baş sındırsalar daha məqsədəuyğun olar" açıqlamasını vermişdir.
ABŞ və Türkiyənin açıqlamaları
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"




















.jpg)

