"Banklararası pul bazarını formalaşdırmağa çalışırıq"
Hazırda Mərkəzi Bank banklararası pul bazarının formalaşdırılması istiqamətində digər əlaqəli orqanlarla qarşılıqlı çalışır.
Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, banklararası pul bazarının formalaşdırılması pul bazarı, bank sistemi və bütövlükdə maliyyə sisteminin inkişafı üçün çox böyük rol oynayır və banklararası bazarda formalaşan faiz dərəcəsi də bütövlükdə pul bazarının barametrini göstərir.
"Bu həm banklara imkan verir ki, öz aktiv və passivlərini daha çevik idarə edə bilsinlər və eyni zamanda imkan verir ki, real sektor və onun ayrı-ayrı sahələrinin maliyyəyə çıxışı daha da asanlaşsın. Çünki banklararası bazarın yaxşı fəaliyyəti pulun ucuzlaşmasına, bankların aktiv əməliyyatlarını, kredit əməliyyatlarını daha çevik aparmasına imkan verir. Bu da bütövlükdə faiz dərəcəsinin aşağı düşməsinə və maliyyəyə çıxışın yaxşılaşdırılmasına gətirib çıxarır. Eyni zamanda bu Mərkəzi Bankın pul siyasəti imkanlarını yaxşılaşdırır. Çünki banklararası bazarın fəaliyyəti artıq MB-ya imkan verir ki, o, pul bazarının vəziyyətini daha yaxşı qiymətləndirə bilsin. Faiz dərəcəsinin iqtisadiyyatın inkişafı üçün, makroiqtisadi sabitliyin təmin olunması üçün səviyyəsini daha yaxşı görsün və digər makroiqtisadi hədəflərin idarə olunması baxımından ona təsir etmək imkanından istifadə etsin. Bu bazarın fəaliyyəti Mərkəzi Bankın pul siyasətinin, yəni pul təklifi ilə bağlı qərarlarının, apardığı monetar əməliyyatların ötürücülük qabiliyyətini yüksəldir. Pul siyasəti qərarları monetar əməliyyatlar real sektora daha effektiv şəkildə ötürülürsə, o zaman Mərkəzi Bankın artıq real sektor göstəricilərinə də, iqtisadi artıma da, ÜDM-in həcminə təsir etmək imkanları yaranır. Bu da imkan verir ki, MB davamlı iqtisadi inkişafda daha mühüm rol oynasın və makroiqtisadiyyatı daha çevik tənzimləmək imkanı əldə etsin. Digər orqanlarla - Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Nazirliyi və hökumətlə bərabər çalışırıq ki, bu bazarın formalaşması üçün lazım olan institutsional əsaslar tez bir müddətdə formalaşdırılsın", - deyə Ziya Əliyev əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
10 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
10 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
11 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 11 saat əvvəl
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 12 saat əvvəl
-
13 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
























