Neft Fondu “Makroiqtisadi sabitlik” üçün Mərkəzi Banka valyuta transfert edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Fərman imzalayıb.
“Marja” xəbər verir ki, Fərman ilə Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri də təsdiqlənib.
Məlum olur ki, 2017-ci ildə Neft Fondu “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə” Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar) transfert etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun dövlət büdcəsinə 6,1 milyard manat (təxminən 3,5 milyard dollar) köçürməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 min 856,0 min manat məbləğində təsdiq edilib.
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
| Cəmi | 14 483 856,0 |
Qeyd edək ki, Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri cəmi 8 milyard 181 milyon 399,7 manat təsdiq edilmişdi. Ötən il Fondun xərclərində “Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert” nəzərdə tutulmamışdı.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb


























