970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq

Sığortaolunanların sığortaçıda uçotunun yalnız şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılmasını nəzərdə tutan qanunvericilik dəyişiklikləri bu gündən qüvvəyə minir.

Marja xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Belə ki, sığortaolunanların uçotunun aparılması və sığortaedənlər (işəgötürənlər) tərəfindən sığortaolunanlar (işçilər) barədə rüblük hesabatların təqdim edilməsi zamanı onlarla bağlı sosial sığorta nömrəsinin (SSN) göstərilməsi artıq tələb olunmur.

Bu gündən etibarən işə qəbul edilən, əvvəllər işləmiş şəxslərdən də sosial sığorta nömrəsinin (SSN) təqdim edilməsi tələb edilməyəcək.

Qeyd edilən dəyişikliklər sosial sığorta sahəsində inzibati prosedurların innovativ həllərlə sadələşdirilməsinə, məlumat mübadiləsinin daha sürətli və dəqiq həyata keçirilməsinə, elektron sistemlər arasında inteqrasiyanın gücləndirilməsinə, həmçinin sosial sığorta sistemində inzibati prosedurların optimallaşdırılmasına xidmət edir.

01.07.2026 10:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19