"Azərbaycan və Rusiya arasında təbii qazla bağlı danışıqlar aparılır"

"Azərbaycan və Rusiya arasında təbii qazla bağlı danışıqlar aparılır".
Bunu Stavropolda keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Hazırda bu məsələ ilə bağlı hər iki ölkənin müvafiq qurumları arasında danışıqlar aparılır. Əgər tərəflər qarşılıqlı faydalı razılığa gələrsə, müqavilə o zaman imzalanacaq",- deyə azərbaycanlı nazir qeyd edib.
"Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb"
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artır. Bunu VIII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib.
"İki ölkə arasında əlaqələr inkişaf edir. Bu, hər iki tərəfə sərfəlidir. Bu gün keçirilən forumda vacib sənədlər imzalandı. Bu, yeni investisya layihələridir. Bu onu göstərir ki, iki ölkə arasında qarşılıqlı investisiya layihələri inkişaf edir",-deyə rusiyalı nazir qeyd edib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də jurnalistlərə açıqlamasında iki ölkə arasında ticarət dövriyyəsinin artdığını təsdiqləyib: "Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10 fazi artıb. Bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Bu artımda kənd təsərrüfatı məhsullarının rolu çox böyükdür. Belə ki, ticarət dövriyyəsinin artımına, əsasən, kənd təsərrüfatı mallarının ixracının artırılması sayəsində nail olmuşuq. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb. Bütün bunlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra baş verib. İki ölkə rəhbərliyi arasında əldə olunan razılığa görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artırılıb. Kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması potensialı mövcuddur".
Rusiyalı nazir bu gün Azərbaycanla yeni layihəyə imza atdıqlarını da vurğulayıb: "Biz təkcə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının idxalından danışmırıq. Bu gün Azərbaycandan olan tərəfdaşlarımızla birgə yeni layihə haqqında sənəd imzaladıq. Bu layihəyə görə, Azərbaycan Stavropol diyarında tərəvəz məhsulları yetişdirəcək. Bu məhsulun Azərbaycan və ya Rusiya məhsulu olacağını demək çətindir. Əsas odur ki, birgə layihə həyata keçirək və birgə layihələr dünya bazarına çıxsın. Birgə layihəmizin məhsulu üçüncü ölkəyə ixrac olunsa, bundan həm Azərbaycan, həm də Rusiya yararlanacaq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 11 d. əvvəl
-
-
15 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 17 d. əvvəl
-
21 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
29 d. əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
32 d. əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
45 d. əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
-
1 saat əvvəl
"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - uçotada olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"
Ən çox oxunanlar

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb

"Ödənişli hərəkət zonalarında məqsəd şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaqdır"

"AYNA-nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq "brutto müqavilə" bu boşluğu dolduracaq"

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb
