İnsanlara “qiymət” biçilib - özbaşınalıq
Respublikamızda sahibkarlığa dövlət dəstəyi və qayğısı fonunda turizm biznesi də inkişaf yolundadır. Amma təəssüf ki, yaradılan bu münbit mühitdən, göstərilən etimaddan sui-istifadə edənlərə də rast gəlinir.
Belələrinin daha çox qazanc götürmək hərisliyi turistlərdə mənfi rəy, fikir formalaşdırır, ümumiyyətlə, insanları narazı salır.
Bəzi sahibkarlar unudurlar ki, narazı turist nəinki növbəti dəfə özü ora gələcək, həm də internet vasitəsilə onun yaydığı rəy başqalarını da bundan çəkindirəcək. Digər tərəfdən, hər bir təşəbbüs və ya fəaliyyət qanunvericiliyə, hüquqi norma və prinsiplərə, nəhayət, mənəvi etiketə uyğun gəlməlidir. İndi özünüz deyin, şəkildə gördüyünüz bu “mənzərə” nə dərəcədə qanuni və xoşdur? Kim sahibkara ixtiyar verib ki, şəlalənin önünü kəssin, orada “hovuz” yaratsın, üstündən dar “cığır” salsın və bura keçidi pullu etsin?
Oğuzun Xalxal kəndi ərazisindəki bu gözəl təbii şəlaləni görməyə gələn yerli və əcnəbi turist çox olur. Xüsusilə də qızmar yay aylarında. Ərazidə fəaliyyət göstərən sahibkar diqqətdən qaçırıb ki, insanlar bura təbiətin təqdim etdiyi gözəllikləri - şəlalə və meşəni görməyə, bunlardan zövq almağa, sərinləməyə, bir sözlə, təbiətlə birbaşa təmasa gəlir. Sahibkarlar yalnız bu fonda əlavə nə isə xidmət təklif edib, qazanc götürə bilər, daha təbiəti “özəlləşdirib” buna görə haqq almaqla yox! Əvvəla, gəlib-gedənin çox olmasına baxmayaraq, bura qədər yolun son bir neçə yüz metri bərbad vəziyyətdədir. Avtomobillərin saxlanılması üçün heç bir şərait yaradılmayıb. Amma əvəzində avtomobil sahiblərinin hər birindən 1 manat haqq tələb olunur.
Şəlalənin töküldüyü yerə də müdaxilə edilib, “biznes” (əslində, haqsız qazanc) marağına “uyğun”laşdırılıb: şəlaləyə yaxınlaşmağa görə məzənnə müəyyənləşdirilib, hətta insanlara “qiymət” də biçilib: buraya bir adam 1 manata buraxılır. Bu “unikal” xidmətlər üçün alınan pula görə də kassa çeki təqdim olunmur. Deməli, həm də hesab-uçotdan gizlədilir...
Qəzet vasitəsilə əlaqədar orqanlara, xüsusilə Mədəniyyət və Turizm Nazirliyinin diqqətinə çatdırmaq istəyirik ki, belə neqativ hallar turizmin inkişafını ləngitməklə yanaşı, ölkəmiz haqqında rəyə mənfi təsir göstərir. Elə bu səbəblərdən yerli turistlər də xaricə yönəlir. Halbuki, Azərbaycan bütün sahələr üzrə yaxın ölkələrdən qat-qat artıq turizm perspektivinə malikdir.
Elxan ELDAROĞLU,
Bakı şəhər sakini, © "Azərbaycan"
Məqalə yayımlandıqdan sonra Rasim Məmmədov adlı oxucu "Marja"ya müraciət edərək, Bakı şəkər sakininin yazdıqlarının həqiqəti əks etdirmədiyini bildirib:
"Mən Oğuzun Xalxal kəndinə 2014-cü ildə olmuşam. Qeyd olunan şəlalə təbii deyil. Yuxarıdan keçən su borularından əlavə xəttlər açılaraq şəlalə görünüşü yaradılmışdır. Orda olanda diqqətlə baxan zaman su borularını görmək mümkündür. Süni şəlalə bütün gün ərzində işləmir. Bəzi saatlarda su dayandırılır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















