Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub

AzVak-mobil_resmin_ustu_31
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəmi 4 milyard 454,9 milyon manat vəsait ayrılıb.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında əksini tapıb.

Hesabata əsasən, həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 334 milyon manatı və ya 7,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 276,3 milyon manatı və ya 6,2 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 62,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.

Həmin vəsaitin 3 milyard 930,8 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 2 milyard 521,9 milyon manat (avtomobil yollarına 2 milyard 197,6 milyon manat, dəmiryollarına 324,3 milyon manat), yeni yaşayış komplekslərinin tikintisi, təmiri, bərpası və ərazidə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə 992,5 milyon manat, yaşayış məntəqələrinin xarici elektrik təchizatla təmin olunması, transformator məntəqələrinin quraşdırılması, yeni yarımstansiyalarının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsinə 174,5 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 124,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılması, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsinin aparılmasına 55,8 milyon manat, mövcud radio-televiziya yayımı stansiyalarının işinin bərpası, yeni yayım stansiyalarının qurulması, poçt və rabitə xidmətlərinin (telefon, internet, multimedia) təşkili məqsədilə infrastrukturun yaradılması, şəhərlərarası (rayonlararası)və yerli magistral telekommunikasiya xətlərinin və ərazilərdə radio monitorinq sisteminin qurulması turizm infrastrukturunun qurulmasına 36,1 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisinə 15,2 milyon manat, işğaldan azad edilmiş ərazilərdə geoloji kəşfiyyat işlərinin aparılmasına 7,1 milyon manat, turizm infrastrukturunun yaradılmasına 0,7 milyon manat və digər infrastruktur layihələrinə 2,4 milyon manat), 74,8 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 9,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 439,5 milyon manatı sosial təyinatlı layihələr (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə) üzrə xərclərə yönəldilib.

09.06.2026 11:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19