İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
(®) İllərin təcrübəsi və gələcəyin texnologiyası bir arada
Ölkəmizin avtomobil sahəsində növbəti əlamətdar və tarixi günlərdən biri yaşandı. Azərbaycan avtomobil bazarında sarsılmaz mövqeyə malik olan və bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən “Auto Azərbaycan” şirkəti, möhtəşəm bir tədbirlə gələcəyin mobillik anlayışını dəyişəcək yeni mühəndislik incisini – GAC Aion i60 modelini rəsmən ictimaiyyətə təqdim etdi.

1996-cı ildən bu günə qədər ölkəmizdə Hyundai markasının rəsmi və uğurlu təmsilçiliyini həyata keçirən , ən geniş satış və servis şəbəkəsinə malik olan şirkət , eyni zamanda həyata keçirdiyi çoxsaylı korporativ sosial məsuliyyət layihələri ilə də (“Hyundai Run” marafonu, “Yaşıl ofis”, “Bir maşın sevinc” və s.) cəmiyyətimizə böyük töhfələr verib. Keçən il isə “Auto Azərbaycan” ailəsinə yeni və iddialı bir üzvü – qlobal avtomobil sənayesində 70 illik mühəndislik təcrübəsinə malik olan GAC markasını daxil edərək Azərbaycan sürücüsünə tamamilə fərqli bir yanaşma təklif etdi.
Tədbirin açılış nitqini edən “Auto Azərbaycan” şirkətinin direktoru cənab Emil İsmayılov gələn qonaqları salamlayaraq öz çıxışında vurğuladı ki,avtomobil bazarında baş verən dəyişikliklər artıq yeni yanaşmalar tələb edir:
“Bu gün avtomobil sadəcə nəqliyyat vasitəsi deyil. İnsanlar artıq texnologiya, qənaət, təhlükəsizlik və gündəlik istifadədə rahatlıq axtarırlar. Texnologiya, enerji effektivliyi, ekoloji yanaşma, ağıllı idarəetmə sistemləri və istifadə rahatlığı yeni dövrün əsas istiqamətlərinə çevrilib. Xüsusilə son illərdə elektrik və hibrid texnologiyalara keçid qlobal avtomobil bazarının əsas inkişaf xəttidir. Dünyada olduğu kimi, Azərbaycanda da yeni enerji avtomobillərinə maraq sürətlə artır. Biz hesab edirik ki, yaxın illərdə hibrid və elektrik texnologiyaları bazarın əsas istiqamətlərindən birinə çevriləcək.
Məhz bu dəyişən bazar və gələcək perspektivlər fonunda GAC Group və Aion markası innovativ yanaşması ilə qlobal bazarda sürətlə yüksələn brendlərdən birinə çevrilib.
Bu gün isə biz sizə həmin yeni nəslin önəmli nümayəndələrindən birini təqdim edirik — GAC Aion i60”.

Tədbirin xüsusi qonaqlarından biri olan GAC Motor-un Mərkəzi Asiya üzrə Regional direktoru xanım Dawn Duan səhnəyə dəvət edilərək rəsmi çıxış etdi. İki şirkət arasındakı ortaq gələcək vizyonundan danışan xanım Duan öz nitqində Azərbaycan bazarına verdikləri önəmi bu sözlərlə ifadə etdi:
“Bu gün belə mötəbər bir auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir. 2024-cü ildən etibarən “Auto Azərbaycan” ilə qurduğumuz strateji tərəfdaşlıq çərçivəsində, GAC Motor olaraq bu dinamik bazara ən yüksək standartları gətirməyi hədəfləmişik. Azərbaycan xalqının texnologiyamıza və dizayn fəlsəfəmizə göstərdiyi müstəsna rəğbət bizi dərindən ruhlandırır. Sizin etimadınız regiondakı sürətli inkişafımızın və uğurlarımızın təməl daşına çevrilmişdir.
Bu gün biz GAC Aion i60 modelinin təqdimatı ilə növbəti əlamətdar addımımızı atırıq. Əminik ki, innovasiya və üstün performansı özündə birləşdirən bu model Azərbaycanın seçici sürücülərinin gözləntilərini tamamilə üstələyəcəkdir.”

GAC Aion i60: texniki üstünlüklər və rəsmi qiymət
Tədbirdə rəsmi təqdimatı keçirilən GAC Aion i60 modeli qabaqcıl texnoloji xüsusiyyətləri və yüksək rəqabət qabiliyyəti ilə diqqət mərkəzində olub. İntellektual idarəetmə və premium komfort prinsipləri əsasında hazırlanan avtomobilin əsas texniki göstəriciləri rəsmi olaraq aşağıdakı kimi bəyan edilmişdir:
● Mühərrik və performans: 245 a.g. güc və 280 N-m fırlama anı hasil edən REEV (Extended Range Electric Vehicle) sistemi və bir pilləli DHT sürətlər qutusu.
● Yürüş məsafəsi və qənaət: 50 litrlik yanacaq çəni ilə qarışıq rejimdə 5,5 litr yanacaq sərfiyyatı və ümumilikdə 1240 km yürüş məsafəsi (sırf elektriklə yürüş məsafəsi CLTC üzrə 210 km).
● Batareya texnologiyası: Maye soyutmalı 29,2 kvt/saat tutumlu "GAC Magazine Battery". Batareyanın 30%-dən 80%-ə qədər sürətli enerji toplama müddəti cəmi 15 dəqiqə təşkil edir.
● Ölçülər: Avtomobilin qabarit ölçüləri - 4685\1854\1660 mm, təkərlərarası məsafəsi isə 2775 mm-dir.
● Təhlükəsizlik və intellektual sistemlər: ADIGO Human-Machine interfeysi (12 GB RAM / 128 GB yaddaş), 540 dərəcə görünüş kamerası, Adaptiv kruiz-kontrol (ACC), Zolaqda saxlama (LCC), Avtomatik təcili əyləcləmə (AEB) və Yol nişanlarını tanıma (TSR) sistemləri.
● Komfort və multimedia: 14,6 düymlük sensorlu LCD ekran, 8,8 düymlük alətlər paneli, 50W gücündə naqilsiz şarj, eləcə də qızdırılması, havalandırılması və masaj funksiyası ilə təchiz olunmuş yaddaş paketli elektrikli ön oturacaqlar.
Müasir mühəndislik həllərini və lüks elementləri özündə birləşdirən GAC Aion i60 modelinin rəsmi satış qiyməti 37 900 AZN olaraq elan edilmişdir. Babək pr.61C ünvanındakı GAC Azərbaycan avtomobil salonun yaxınlaşıb GAC Aion i60 test sürüşü edə bilərsiniz. Ətraflı məlumat üçün +994 (50) 400 09 89 və +994 (10) 400 09 89 mobil nömrələri ilə əlaqə yarada bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
1 saat əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
2 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
2 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
Ən çox oxunanlar
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb














.jpg)






