Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub. Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib. Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.
Məlumata görə, bununla da, baş direktorların sayı 10-a yüksəlib.
S.Axundov 1991-ci ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti "İnformatika" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)" ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 2009-cu ildə "Azəriqazbank" ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlayıb, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib, 2017-2019-cu illərdə "Amrah Bank" ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə "ZiraatBank Azərbaycan" ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifələrində işləyib.
S.Axundov 2024-cü ilin mart-iyul aylarında AMB-də Sədrin ofisi departamentində məsləhətçi, 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayına qədər İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifələrində çalışıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























