Ələtdə hava limanının tikintisi, investisiyaların cəlb edilməsi barədə müzakirələr aparılıb
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi Qrupun III iclası keçirilib.
İqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda Ələt azad iqtisadi zonasının fəaliyyətinin səmərəli təşkili və investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, Ələt azad iqtisadi zonasında qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan, yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalı təşviq etmək məqsədilə işlər davam etdirilir.
Tədbirdə Ələt azad iqtisadi zonasında beynəlxalq hava limanının tikintisi və infrastrukturun qurulması işlərinin icra vəziyyəti barədə məlumat verilib. Azad iqtisadi zonada qeydiyyatdan keçmiş və fəaliyyətə başlamış şirkətlər, bir sıra investorlar tərəfindən təqdim olunan layihələr diqqətə çatdırılıb. Vurğulanıb ki, Zonanın fəaliyyətinin gücləndirilməsi innovativ texnologiyalar tətbiq edən investorların cəlb edilməsi, onların yerli şirkətlərlə əməkdaşlığının genişləndirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik olan Ələt azad iqtisadi zonasında investorlar üçün bir çox fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Zonada fəaliyyət göstərən rezidentlər üçün xüsusi vergi rejimi çərçivəsində əlavə dəyər vergisi də daxil olmaqla bir sıra vergi və gömrük güzəştləri nəzərdə tutulur. Həmçinin, əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyətin tətbiq edilməməsi, valyuta əməliyyatları və mənfəətin repatriasiyasının sərbəst olması, xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbinin olmaması və digər üstünlüklər mövcuddur. Bundan başqa, investorlara ərazi-daxili (daxili yollar, elektrik, su, qaz xətləri, kanalizasiya sistemi, rabitə və s. ) və ərazi-xarici infrastruktur (magistral yollar, dəmir yolu bağlantıları, dəniz və hava limanına çıxış və s.), eləcə də mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim olunması Ələt azad iqtisadi zonasının cəlbediciliyini daha da artırır.
XXX
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun III iclası keçirilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Həmkarlarla birlikdə Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun III iclasında iştirak etdik. Zonada görülmüş işlər, o cümlədən beynəlxalq hava limanının tikintisi, infrastrukturunun qurulması işlərinin icra vəziyyəti, fəaliyyətin səmərəli təşkili və investisiyaların cəlb edilməsi barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
46 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























