“65 mini səhhətimə görə almışam”
Külli miqdarda mənimsəmədə təqsirləndirilən “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əvəz Süleymanov ifadə verib.
O, ifadəsində bildirib ki, “Azərşəkər”də Texniki və Texnoloji İşlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb:
“Mən heç bir layihədə mənimsəmə etməmişəm. Çünki vəzifəm buna imkan vermirdi. Mən sadəcə texniki qiymətləndirmədə iştirak edirdim. Layihəyə nə qədər məbləğ ayrıldığını iş başlayandan sonra bilirdim. Torpağı çox yaxşı tanıyıram, əraziləri bilirəm. Bəzən layihələrə nəzarət edirdim. Pul işlərinə maliyyə şöbəsi, mühasibatlıq baxırdı. İşimin 60-70 faizi rayonlarda keçirdi. Mən texniki adamam, maliyyə işləri məni maraqlandırmırdı. Bu işə niyə məni cəlb etdiklərini bilmirəm, sadəcə texniki problemlərin həllinə kömək etmişəm. Əməkhaqqımdan əlavə heç bir pul almamışam”.
Təqsirləndirilən şəxs sualları cavablandırarkən bildirib ki, onun Anar Mehdiyevlə yalnız texniki mövzularla bağlı söhbətləri olub.
O, hakimlərin suallarını cavablandırarkən isə qeyd edib ki, Ruslan Ələsgərovdan pul alıb:
“Mən iki dəfə Ruslan bəylə görüşərək ondan ümumilikdə 65 min manat pul almışam. Bu vəsaiti səhhətimlə bağlı xərclər üçün götürmüşəm”.
Növbəti məhkəmə prosesi mayın 14-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə vurulan ziyanı tam ödəyiblər.
Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınıb.
Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, eyni zamanda “Dastan Agro” MMC-nin təmsilçisidir.
© Oxu.az
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
15 d. əvvəl
BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub - FOTOLAR
-
39 d. əvvəl
Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi - FOTOLAR
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat kiçilib, amma ümid qalır: Mərkəzi Bankdan yeni proqnoz
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda xarici valyutaya tələb azalıb - Təklif tələbi üstələyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub - FOTOLAR
Azərbaycan Mərkəzi Bank neftin və qazın orta illik qiyməti üzrə proqnozlarını artım istiqamətində yeniləyib
İqtisadiyyat kiçilib, amma ümid qalır: Mərkəzi Bankdan yeni proqnoz
Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb
Ən çox oxunanlar
Bakıda ilk dəfə “Africa Week” – Afrika Həftəsi keçirilir
Mərkəzi Bank inflyasiya proqnozunun artırıb
Azərbaycanda xarici valyutaya tələb azalıb - Təklif tələbi üstələyir







.jpg)







.jpg)









