20 yaşayış məntəqəsi palçıq vulkanının ərazisində salınıb
Bakıda və Abşeron yarımadasında təxminən 20 yaşayış məntəqəsi palçıq vulkanlarına yaxın ərazidə salınıb.
Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.
Bu gün Azərbaycanda 400-dən çox palçıq vulkanın yerləşdiyini deyən N.Paşayev qeyd edib ki, palçıq vulkanlarının yerləşməsinə görə Azərbaycan dünyanın unikal ərazilərindən biri sayılır.
Onun sözlərinə görə, əvvəllər yaşayış məntəqələrinin hamısı palçıq vulkanlarından kənarda salınırdı. Ancaq son illər əhalinin Bakıya axınının nəticəsində insanlar vulkanların olduğu ərazilərdə də məskunlaşmağa başlayıblar.
N.Paşayev ətafında insanların yaşadığı vulkanlara misal kimi “Bozdağ Hökməli”, “Axtarma Qaradağ”, “Keyrəki”, “Bozdağ-Güzdək” , “Səngi-Muğan”ı və s. göstərib:
“Əslində, insanlar özləri də bilmədən odun üstündə ev tikir, məskunlaşırlar. Əhali yaddan çıxarır ki, palçıq vulkanları hansı təhlükəli hadisələr törədə bilər. Bu baxımdan əhalinin maariflənməsinə çox ehtiyac var”.
N.Paşayev qeyd edib ki, Keyrəki, Ceyranbatan su anbarının ətrafında yerləşən “Keçəldağ” vulkanı da fəaliyyətdə olan vulkanlardır.
Şöbə müdiri əlavə edib ki, Bakı-Sumqayıt magistral yolunun kənarındakı Xırdalan qəbiristanlığı "Zigilpiri" palçıq vulkanının üzərində yerləşir: “Həmin ərazidə də məskunlaşma çox geniş yayılıb. Yaxud Pirəküşkül qəsəbəsində Bakıdan Pirəşüklə gedən magistral yolun sol tərəfi bütünlüklə palçıq vulkanıdır. Orada hər yerdə püskürmüş palçıq vulkanlarının axınlarını görmək olar”.
N.Paşayev qeyd edib ki, neft-qaz çıxan ərazilərdə də çoxlu palçıq vulkanları var: "Palçıq vulkanları əslində ərazidən neft-qazın çıxmasını göstərən ən mühüm göstricilərdən biridir. O, barometr rolunu oynayır. Məskunlaşma zamanı bu, mütləq nəzərə alınmalıdır”.
N.Paşayevin sözlərinə görə, palçıq vulkanlarının ətrafında xüsusi mühafizə bəndləri çəkilməli, məskunlaşma məhdudlaşdırılmalıdır.
Xatırladaq ki, bu yaxınlarda Abşeronun Hökməli qəsəbəsindəki Bozdağ Hökməli vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bozdağ Hökməli vulkanının ətrafının yaşayış üçün çox təhlükəli olması hələ 10 il əvvəl açıqlanmışdı. Lakin bütün bunlara baxmayaraq, bu ərazidə evlər tikilib.
Ə.Qaralov bildirib ki, vulkanın ətrafında yamac boyu tikilən çoxsaylı evlərdə çatların yaranması prosesi başa çatmayıb, yəni proses aktiv fazadadır:
"Əgər yağışlar başlasa, sürüşmə prosesi daha da aktivləşəcək”.
Bu il iyunun 12-də "Keyrəki" palçıq vulkanında da püskürmə baş verib.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
-
6 saat əvvəl
Rusiya nefti Hindistan zavodlarına 2 ilin ən aşağı qiymətinə təklif olunur
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
6 saat əvvəl
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu memorandum imzaladı
- 6 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi paylaşılacaq!
-
8 saat əvvəl
“Qəhrəmanlar bağı” layihəsi: Şəhidlərin xatirəsinə 543 ağac əkildi
-
9 saat əvvəl
"Azəriqaz"dan “AFEN Plaza”nın sahibinin iddiaları barədə açıqlama
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
"Getir Yemek" "Uber Eats"ə satılıb
Ən çox oxunanlar
"Azəriqaz"dan “AFEN Plaza”nın sahibinin iddiaları barədə açıqlama
"ABB-nin dividend gəlirliliyi 16%-ə çata bilər"
Noyabrın 25-də gözlənilən hava şəraiti
“Asan İmza” indi “Azercell” tətbiqində!
Brendin və liderin reputasiyasının formalaşmasında Korporativ Sosial Məsuliyyətin rolu - MÜSAHİBƏ
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
Unicapital yeni UTrader veb-portalını geniş auditoriyaya təqdim etdi


























